Tapılan ümumi test sayı : 129

Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək
B) Qrup üzvlərinin suallarına cavab vermək
C) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək.
D) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq.
E) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək.
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir.
B) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.
C) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir.
D) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır.
E) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır
Pedaqoji diaqnostika:
A) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir.
B) Pedaqoji prosesin idarə edilməsidir
C) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir.
D) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür.
E) Pedaqoji prosesin fasiləsizliyidir.
Müəllimin hüquqlarına aid deyil:
A) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək
B) İxtisasını artırmaq və təkmilləşdirmək.
C) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək
D) Pedaqoji şuraya rəhbərlik etmək.
E) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək.
Məzmun xətti nədir?
A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
B) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
C) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.
D) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
E) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:
A) Təklifyönümlüdür
B) Tələbyönümlüdür.
C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.
D) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub
E) Şagirdyönümlüdür.
“Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər
B) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi
C) Təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi.
D) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi
E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
Aşağıda sadalananlardan hansı didaktik prinsip deyil?
A) Elmilik
B) С) Varislik
C) Sistemlilik
D) Е) Şagirdlərin fəallığı
E) А) Fasiləsizlik
Qiymətləndirmə üsulu hansıdır?
A) Е) Meyar cədvəli
B) Özünüqiymətləndirmə vərəqi
C) Çalışmalar
D) Müşahidə vərəqi
E) Şifahi sual-cavab
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top