Tapılan ümumi test sayı : 129

Biri fasilitasiya qaydalarına aid deyil:
A) Təşkilati dəstək
B) Psixoloji dəstək
C) Motivasiyanın düzgün qurulması
D) Məlumatla təminetmə
E) Fəaliyyətin stimullaşdırılması
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
B) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
C) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə.
D) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
E) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
Məktəbdaxili qiymətləndirmənin növləri:
A) Yarımillik, illik, diaqnostik
B) Diaqnostik, formativ, illik
C) Diaqnostik, formativ, summativ
D) Yarımillik, illik, summativ
E) Formativ, şifahi, praktik
Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) Bölmə və bəhslərin, yarımilin sonunda.
B) Tədris ilinin sonunda.
C) Təhsil səviyyələrini başa vurarkən.
D) Hər ayın əvvəlində.
E) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
B) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
C) Tədqiqatın nəticələrini müzakirə etməyə
D) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
E) Əldə olunmuş biliklərin müzakirəsinə
Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə verilən tələblərə uyğun deyil:
A) Dərsin məqsədinə uyğun olmalıdır.
B) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.
C) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.
D) Coxlu tapşırıqlar əks olunmalıdır.
E) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.
Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyəti deyil:
A) Dialoji təlimə üstünlük verilməsi.
B) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
C) Təfəkkürə əsaslanması.
D) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
E) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
Problem situasiyanın yaradılması zamanı buraxılan səhvi göstərin:
A) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.
B) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
C) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
D) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
E) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur.
Perspektiv planlaşdırmaya aiddir:
A) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq.
B) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək.
C) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
D) Dərsin icmalını hazırlamaq.
E) İş vərəqləri hazırlamaq.
Pedaqoji texnologiya:
A) Bütün cavablar doğrudur.
B) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
C) Düzgün cavab yoxdur.
D) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
E) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
Müəllimin vəzifələrinə aid deyil:
A) Dərslik və dərs vəsaitləri hazırlamaq.
B) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq.
C) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
D) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
E) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
Bilik kateqoriyasına aid olanı seçin.
A) Deklarativ
B) Ünsiyyət
C) Emosional-affektiv
D) İdraki
E) Psixomotor
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:
A) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
B) Təklifyönümlüdür.
C) Bilikyönümlüdür.
D) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.
E) Müəllimyönümlüdür.
“Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi.
B) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.
C) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
E) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
Fənn kurikulumuna aid deyil:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Ümumi təhsilin məzmunu
C) Məzmun xətləri
D) Məzmun standartlarına verilən şərhlər
E) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
İnteqrasiyanın neçə səviyyəsi var?
A) 2
B) 4
C) 5
D) 3
Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
A) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.
B) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
C) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
D) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
A) Məzmun
B) Keyfiyyət
C) Kəmiyyət
D) Vaxt
Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
B) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
C) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir
D) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
B) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
C) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
D) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top