Tapılan ümumi test sayı : 237

Pedaqoji texnologiya:
A) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir.
B) Öyrənilən elm sahəsində ideyalar məcmusudur.
C) Müəllimin qarşısına qoyulan tələblərdir.
D) Pedaqoji fəaliyyətin nəticəsidir.
E) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur.
Fənyönümlü kurikuluma aid olan fikri müəyyən edin. 1.Şagirdlərin həyati bacarıqlarının inkişafı ön plana keçir 2.Elm sahəsi və mükəməl anlayışlar sistemini əhatə edir 3.İnsanın gələcək həyat fəaliyyətində lazım olacaq praktiki bacarıq və vərdişlər əhatə edilir 4.Biliklərin möhkəmliliyi və davamlılığı artır. 5.İnsanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür. 6.Biliklərin həcmi və miqdarı əsas rol oynayır.
A) 1,3,5
B) 1,2,3 2
C) 2,4,6
D) 1,2,4
E) 1,3,4
Bu üsulun məqsədi problemin həlli yollarını araşdırmaq,səmərəli həll yolu tapılması ilə bağlı qərarlar qəbul etmək qabiliyyəti inkişaf etdirməkdir. Bu hansı üsuldur?
A) Anlayışın çıxarılması
B) Beyin həmləsi
C) Auksion
D) Klaster
E) Ziqzaq
Fərziyyələri yoxlamaq və tədqiqat sualına cavab tapmaq üçün faktların axtarılması. Bu dərsin hansı mərhələsinə aiddir?
A) tədqiqatın aparılması
B) yaradıcı tətbiqetmə
C) nəticə və ümumiləşdirmə
D) informasiya müzakirəsi
E) informasiya mübadiləsi
Təlim amilləri dedikdə nə başa düşülür?
A) Təlimin təşkilinin başlıca formaları
B) Təlim prosesinin gedişinə və nəticələrinə təsir edən səbəblər
C) Təlimin müasir növləri
D) Təlim texnologiyalarının xarakteristikası
E) Didaktik prinsiplərin sistemli təsnifatı
Tənqidi təfəkkürə aid olanı seçin:
A) Ümumləşdir, əsas ideyanı seçib ayır.
B) Dəyişiklik etməklə yarat, quraşdır.
C) Ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et.
D) Mahiyyət və mənasını ifadə et.
E) Öz şəxsi izahını ver, problemi müəyyən et, fərziyyələr irəli sür.
Pedaqoji texnologiya:
A) Müəllimin qarşısına qoyulan tələblərdir.
B) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir.
C) Pedaqoji fəaliyyətin nəticəsidir.
D) Öyrənilən elm sahəsində ideyalar məcmusudur
E) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur.
Məntiqi təfəkkürə aid olan variant müəyyən edin.
A) səhvləri tapmaq, faktlari uydurmadan seçib ayırmaq
B) proqnozlaşdırmaq, müqayisə et ,analoqunu tap
C) nəticə çıxartmaq, əlaqə yaratmaq
D) məsləhət vermək,doğru və yanlışı müqayisə etmək
E) proqnoz vermək,simvol şəklində təsvir etmək
Aşağıdakılardan yanlış olanı seçin.
A) Kontekstual bilik hər hansı prosesdə əldə edilən yeni informasiyanın tətbiq edilməsi ilə əldə olunan biliklərdir
B) Standartın fəaliyyət komponenti mövzunu müəyyən etməyə imkan verir
C) Standartın fəaliyyət komponenti təlim strategiyalarını müəyyən etməyə imkan verir
D) Təlim strategiyası məqsədə çatmaq üçün müəyyən olunmuş istiqamətdir
E) Deklarativ bilik məlumat xarakterli biliklərdir
Fənyönümlü kurikuluma aid olan fikri müəyyən edin. 1.Şagirdlərin həyati bacarıqlarının inkişafı ön plana keçir 2.Elm sahəsi və mükəməl anlayışlar sistemini əhatə edir. 3. İnsanın gələcək həyat fəaliyyətində lazım olacaq praktiki bacarıq və vərdişlər əhatə edilir 4.Biliklərin möhkəmliliyi və davamlılığı artır. 5.İnsanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür. 6.Biliklərin həcmi və miqdarı əsas rol oynayır.
A) 1,3,5
B) 2,4,6
C) 1,2,3
D) 1,2,4
E) 1,3,4
Diaqnostik qiymətləndirmə nəyə xidmət edir? 1. şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyən-ləşdirməyə, 2. müəllimin təlim strategiyalarının seçilməsinə 3. şagirdin bilik və bacarığını formalaşdırmasına 4.bilik və bacarıqların təlim nəticələrinə istiqamətlənməsinə 5. şagirdə fərdi yanaşmanın təmin edilməsinə 6. Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa.
A) 2,3,4,6
B) 1,2,3,5
C) 1,2,5,6
D) 1,2,4,6
E) 2,3,4,5
Uyğunluğu müəyyən edin. 1.Fəndaxili inteqrasiya 2.Fənlərarası inteqrasiya 3.Fənnüstü inteqrasiya a. İnteqrasiyanın ən yüksək səviyyəsi olmaqla təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir. b. İki və ya daha artıq fənnin əhatə etdiyianlayış,bilik,bacarıq,prinsiplərin sintezidir c. Bu səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar
A) 1-a,2-b,3-c
B) 1-c,2-b,3-a
C) 1-c,2-a,3-b
D) 1-b,2-a,3-c
E) 1-a,2-c,3-b
Tənqidi təfəkkürə aid olanı seçin:
A) Ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et.
B) Ümumləşdir, əsas ideyanı seçib ayır.
C) Mahiyyət və mənasını ifadə et
D) Dəyişiklik etməklə yarat, quraşdır.
E) Öz şəxsi izahını ver, problemi müəyyən et, fərziyyələr irəli sür.
İnteqrasiyanın neçə səviyyəsi var?
A) 2
B) 4
C) 3
D) 5
Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
A) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
B) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.
C) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
D) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
A) Vaxt
B) Məzmun
C) Keyfiyyət
D) Kəmiyyət
Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
B) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir
C) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
D) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
B) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
C) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
D) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
Summativ qiymətləndirmə hansı mərhələdə aparılır?
A) bölmə və hər mövzunun sonunda
B) bölmə və bəhslərin, yarımilin sonunda.
C) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq.
D) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə
B) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə
C) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə
D) Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almaq məqsədilə.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top