Tapılan ümumi test sayı : 237

Özünütəlqinin əsas əlamətlərini seçin 1 – hiss və düşüncələri idarə etmək 2 – yoldaşlarını idarə etmək 3 – əməkdaşlıq yaratmaq 4 – rəftarıyla davranışını idarə etmək 5 – əhval – ruhiyyəsini idarə etmək
A) 5; 1; 2
B) 1; 4; 5
C) 1; 4; 3
D) 4; 3; 2
E) 1; 2; 3
Bunlardan hansı müasir dərsə verilən tələblərdən deyildir?
A) Dərsdə daha çox yaddaşa istinad edilməsi
B) Dərsdə əsas didaktik vəzifənin müəyyən edilməsi
C) Dərs vaxtından səmərəli istifadə edilməsi
D) Dərsdə əks əlaqənin ardıcıl təmin edilməsi
E) Şagird fəallığının və şüurluluğunun təmin edilməsi
Tərbiyə işlərinin mərhələlərindən olanları seçin. 1 – fasiləsizliyi; 2 – məqsədlərin müəyyənləşdirilməsi; 3 – işin təşkili; 4 – fəaliyyət növləri; 5 – nəticələrin təhlili; 6 – formalarını qruplaşdırmaq
A) 2; 3; 5
B) 1; 4; 6
C) 2; 3; 4
D) 4; 3; 2
E) 5 ; 2; 1
Təlimin təşkilinin dərsdənkənar formaları verilmiş bəndi göstərin 1 – dərs 2 – dərnək 3 – bilik 4 – tərbiyəvi söhbət 5 – ekskursiya 6 – ev tapşırıqları
A) 1, 4, 5
B) 1, 3, 5
C) 1, 3, 6
D) 2, 5, 6
E) 2, 4, 6
Təlim texnologiyalarının vəzifələrindən biri:
A) Təlimin tərbiyəedici və inkişafetdirici prinsiplərinin reallaşdırılmasına nail olmaq
B) Təlimin nəticələrinin cari və yekun qiymətləndirilməsi
C) Müəyyən fənn üzrə təlimin məqsədi və məzmununu müəyyənləşdirmək
D) Təlimin bütün növ məqsəd və səviyyələri üçün cari və yekun standart tapşırıqlar hazırlamaq
E) Öyrədici dövrənin təkrar olunmaq imkanına malik olunması
İllüstrasiyanın növlərini müəyyən edin 1 – Təbii şəkildə əşya 2 – Əşya haqqında məlumat 3 – əşya və hadisənin şəkli, modeli 4 – Əlavə oxu materialları 5 – Sxematik və simvolik əyani vəsaitlər
A) 1; 3; 5
B) 3; 4; 5
C) 1; 2; 3
D) 2; 3; 4
E) 2; 4; 5
Təlimin hər yeni mərhələsinin səmərəsi nədən asılıdır 1 – Öyrənilən materialın xarakterindən və həcmindən 2 – məktəb rəhbərlərinin nəzarətindən 3 – şagirdlərin oxumağa qabilliyindən 4 – əvvəlki mərhələnin məhsuldarlığından
A) 2; 3; 4
B) 4; 1; 3
C) 1; 2; 3
D) 4; 1; 2
E) 1; 3; 2
Təhsilin pillələrinin ardıcıllığını göstərin 1 – ümumi təhsil 2 – məktəbəqədər təhsil 3 – ali təhsil 4 – orta ixtisas təhsili
A) 2; 1; 4; 3
B) 4; 3; 2; 1
C) 3; 4; 1; 2
D) 1; 2; 3; 4
E) 2; 3; 4; 1
Təhsil – tərbiyə prosesinə daxil olanların ardıcıllığını göstərin. 1 – didaktik oyunlar 2 – şəxsiyyətə edilən xarici təsir 3 – özünütəhsil 4 – tədris fəaliyyəti 5 – özünütərbiyə
A) 2; 3; 5
B) 2; 4; 5
C) 1; 3; 5
D) 3; 2; 4
E) 1; 4; 3
Özünütərbiyənin üsul və vasitələrini qeyd edin: 1 – özünüdərketmə 2 – praktik hazırlıq 3 – məsuliyyət hissi 4 – özünümüşahidə 5 – özünüməcburetmə 6 – yoldaşlarını müşahidə etmək 7 – özünütənqid 8 – özünüqiymətləndirmə
A) 1; 2; 3; 4; 5
B) 7; 5; 3; 2; 1
C) 2; 3; 5; 6; 8
D) 1; 4; 5; 7; 8
E) 6; 1; 4 3; 5
Məktəbin təlim mühiti necə olmalıdır?
A) Məktəb şagirdləri elə gerçək azadlıqla təmin edir ki, bu şəritdə şagirdlər öz həyat həqiqətlərini tapa bilsinlər və müstəqil şəkildə öz seçimlərini edə bilsinlər.
B) Məktəb şagirdlərin şüurlu şəkildə nizam - intizam qaydalarına riayət etməsi üçün müvafiq atmosfer yaratmalıdır. Bu məsələlərə şagirdin münasibətini yoxlamaq üçün innovativ texnikalardan istifadə etməlidir.
C) Məktəb şagirdləri “kitablar dünyası” ilə əhatə etməli, intellectual və tənqidi düşünmə şəraitində şəxsiyyətin tərbiyəsini təşkil etməlidir.
D) Bütün variantlar aiddir
E) Məktəb şagirdlərin qruplarda düşünməsini təmin edir ki, bu da yarışmanı deyil, əməkdaşlığı təmin edir.
Məktəbin əsas vəzifəsi nə olmalıdır?
A) Özünü rellaşdırma səyahətində hər bir şagirdə kömək göstərməlidir.
B) Heç biri
C) Məktəb real dünyanı başa düşmək üçün şagirdlərə lazım olan bilikləri çatdırmağı qarşıya məqsəd qoymalıdır.
D) Məktəb özlüyündə insanın müxtəlif xüsusiyyətləri, hafizəsinə əhəmiyyət verir və əsas diqqəti şüurun inkişafına yönəldir
E) Məktəb “hərtərəfli uşaq” üçün təhsili təmin etməlidir, bütün diqqətini uşağın ehtiyaclarına və maraqlarına yönəltməlidir.
Qabaqcıl təhsilin məqsədinə olmalıdır?
A) Yeni təcrübəyə əsaslanaraq daim inkişaf etmək təhsilin həm əsas xüsusiyyətinə, həm də məqsədinə çevrilməlidir;
B) Şagirdlərin biliklərinin əsaslarını təmin etməkdən ibarətdir
C) Heç biri
D) Təhsil yalnız mütləq həqiqətə, ümumbəşə-riliyə və dəyişməzliyə istiqmətlənməlidir.
E) Hər bir uşağın fərd olaraq inkişafı təhsili-nən mühüm məqsədi olmalıdır.
Təhsil mühiti necə olmalıdır?
A) Təhsilin mühiti həyatın özü olmalıdır. Burada şagirdlər həyata hazırlanmamalı, həyatın içində öyrənməlidirlər.
B) Təhsil həyatı tamamilə əks etdirmir, o, uşaqların intellektual imkanlarını inkişaf etdirməli olan və onları gələcəyə hazırlayan uydurma bir mühitdir.
C) Düzgün variant verilməmişdir
D) Təhsil mühiti öyrənəni azad inkişaf etmə-yə, yaradıcı fərd olmağa, həvəsləndirməlidir. O, öyrənənlərə çoxluğun düşüncələrindən çıxış etməyi, əcdadların müəyyən etdiyi normları rəhbər tutmamağı öyrətməməlidir.
E) Təhsil üçün elə mühit yaradılmalıdır ki, təlim real həyatda mövcud olan materiallar və ictimai münasibətlərlə əlaqədə qurulmuş olsun.
Təhsil insanın ehtiyaclarını necə təmin etməlidir?
A) Öyrənənlərin intellectual ehtiyaclarının ödənilməsini təmin etməlidir.
B) İnsanların ehtiyacları müxtəlif olduğundan təhsil şagirdlərin fərdi xüsusiyyətlərinin inkişafına istiqamətlənməlidir
C) Həyatın problemləri ilə üz - üzə qalmaq şəraiti yaratmalıdır: real seçimlər, məhəbbət iztirabı və sevinci, azadlığın problemləri, fəa-liyyətin ardıcıllığı ölümün haqq olmasıvə s.
D) Düzgün variant verilməmişdir
E) Bütün insanların ehtiyacları baxımından əhəmiyyətli hesab edilən bilik və bacarıqların formalaşmasını təşkil etməlidir.
Sizcə “öyrənən” kimdir?
A) Bütün cavablar doğrudur
B) Öyrənən təcrübə aparan orqanizmdir.
C) Öyrənən düşünən və hiss edən (idraklı və intuisiyalı) varlıqdır.
D) Öyrənən intellekt və emosiyalardan ibarət olan unikal, azad və məsuliyyətli yaranmışdır.
E) Öyrənən bilik və bacarıqların daşıyıcısıdır. O öyrəndiklərini yerigələndə istifadə edə bilər.
Təhsil nə üçün lazımdır?
A) İnkişafı təmin etmək üçün lazımdır.
B) Düzgün seçimlər etmək üçün lazımdır.
C) Varlığın mövcudluğunun səbəbini öyrənmək üçün lazımdır.
D) Bütün cavablar doğrudur
E) Bilik və bacarıqlar əldə etmək üçün lazımdır.
Taksonomiya nədir?
A) psixologiyadan alınmış termindir. Insan idrakına və psixomotor hərəkətlərin inkişafına yönəlmiş anlayışdır
B) bacarıqların müəyyənləşdirilməsi istiqamətində görülən iş
C) obyektlərin qarşılıqlı əlaqəsi üzərində qurulmuş klassifikasiyasını və sistemləş-dirilməsini bildirir və artma sırası üzrə yerləşdirilmiş kateqoriyaların təsviri üçün istifadə olunur
D) açar sözlərin təlim məqsədlərinə uyğun düzülüşüdür
E) təlim nəticələrinin inkişafı üzrə ardıcıl şəkildə izlənməsidir
İdraki taksonomiyanın qiymətləndirmə mərhələsinin xarakterik xüsusiyyətinə aid deyil.
A) Mövzuya görə şagird qiymətləndirilir
B) Məlumatın dəyərliliyini yoxlayır
C) Mövzunun vacibliyi əsaslandırılır
D) Mövzudan nəticə çıxarılır
E) Məlumatın nə dərəcədə vacib olduğunu qiymətləndirir
“2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh edir”- məzmun standartının bilik və fəaliyyət komponentini müəyyən et.
A) Prosedural, Ünsiyyət
B) Deklorativ, İdraki
C) Kontekstual, İdraki
D) Deklorativ, Psixomotor
E) Prosedural, Psixomotor
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top