Tapılan ümumi test sayı : 237

Havard Qardner nəzəriyyəsinə görə dərketmənin neçə üsulu var?                                         
A) 3
B) 5
C) 2
D) 8
Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
A) Formativ qiymətləndirmə
B) Milli qiymətləndirmə
C) Summativ qiymətləndirmə
D) Diaqnostik qiymətləndirmə
Aşağıdakılardan hansı iş üsuludur?
A) Bibö, cütlərlə
B) Cütlərlə, fərdi
C) Qruplarla, müsahibə
D) Klaster, müzakirə
Hər bir standart nəyə ayrılır?   
A) Alt standarta
B) Məzmun xəttinə
C) Meyara
D) Məqsədə
Aşağıdakı anlayışlardan hansı fənn kurikulumuna  aid deyil?
A) Məzmun xətti
B) Həftəlik dərs saatlarının miqdarı
C) Məzmun standartı
D) Ümumi təlim nəticələri
Butun şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. Qeyd olunan fikir təlimin təşkilinə verilən tələblərindən hansının şərhidir?
A) Təlimdə dəstəkləyici muhitin yaradılması
B) Pedaqoji prosesin tamlığı
C) Təlimdə bərabər imkanların yaradılması
D) Şagirdyönümlülük
Pedoqoji prosesin tamlığı nədir?                                                                     
A) Təlim məqsədləri kompleks ( inkişafetdirici, öyrədici, tərbiyəedici) şəkildə həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir
B) Pedoqoji proses münasib maddi-texniki baza əsasında və sağlam mənəvi- psixoloji mühitdə təşkil edilir
C) Şagirdlərin potensial imkanlarının inkişafına yönəldilir
D) Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir
“İstənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir” bu fikir fəal dərsin hansı mərhələsinə aiddir.
A) Yaradıcı tətbiqetmə
B) Tədqiqatın aparılması
C) İnformasiyanın müzakirəsi və təşkili
D) Qiymətləndirmə
Hovard Qardnerin “Müxtəlif üsullarla dərketmə”nəzəriyyəsinə əsasən verilmiş fikirlərdən biri səhvdir:
A) Hər bir insan dərketmənin yalnız bir üsulunun daşıyıcısıdır.
B) İnsanlar düşünməyə müxtəlif üsullarla cəlb edilirlər;
C) İnsanlar ən azı bir formaya görə daha güclü dərketmə imkanına malikdirlər;
D) Düşünmə üsulunun düzgün müəyyən edilməsi dərketmə səviyyəsinə təsir edir;
Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Qeyd olunan fikir təlimin təşkilinə verilən tələblərindən hansının şərhidir?
A) Təlimdə bərabər imknların yaradılması
B) Təlimdə dəstəkləyici mühitin yaradılması
C) Şagirdyönümlülük
D) Pedaqoji prosesin tamlığı
Strategiya ilə oxuyan hansı bacarıqlara yiyələnir? 1. Kiçik və böyük idraki fəaliyyətlər vasitəsi ilə öyrənir 2. Müxtəlif yazı üslubları haqqında bilikləri olur 3. Öyrənmək məqsədi ilə başqaları ilə əməkdaşlıq edir 4. Yeni bilikləri əvvəlki biliklərlə əlaqələndirir 5. Tanıdığı sözlər vasitəsi ilə mətnin mənasını dərk edir
A) 1, 2, 4,
B) 1,3,5
C) 3, 4, 5
D) 1, 3, 4
Müəllimin vəzifələri arasındakı uyğunluğu müəyyən edin 1 – Layihələndirici vəzifə 2 – İnformasiya vermə vəzifəsi 3 – Qiymətləndirmə vəzifəsi a – gələcək fəaliyyətin modelini qurmaq b – öz fənnini, onun metodikasını bilmək, şagirdlər üçün başlıca informasiya mənbəyi olmaq c – şagirdlərin nailiyyətlərini qiymətləndirmək, uğursuzluqlarının səbəblərini aşkar etmək
A) 1 - c; 2 - b; 3 - a
B) 1 - a; 2 - c; 3 - b
C) 1 - c; 2 - a; 3 - b
D) 1 - a; 2 - b; 3 - c
E) 1 - b; 2 - c; 3 - a
Pedaqogika və psixologiyada şəxsiyyətin inkişafı ilə bağlı hansı istiqamətlər mövcuddur?
A) bioloji, sosioloji, biososioloji;
B) psixoloji, elmi, fəlsəfi;
C) sosioloji, idraki, fəlsəfi;
D) bioloji, fizioloji, elmi;
E) fəlsəfi, anatomik - fizioloji.
Şəxsiyətin sosiallaşması:
A) Şəxsiyyətin xarici motivlərə cavabı.
B) Şəxsiyyətin bir yaş pillsindən digərinə keçidi.
C) Şəxsiyyətin sosial anlayışları mənimsəməsi.
D) Orqanizmdə psixi dəyişikliklərin baş verməsi
E) Şəxsiyətin sosial mühitə inteqrasiyası, adaptasiyası.
Valideynlərin hansı keyfiyyətləri ailədə övladların düzgün tərbiyəsinə güclü təsir edir? 1 – sözlə əməlin birliyi 2 – ciddi və sərt davranış 3 – müsbət nümunəsi 4 – qoyduqları qadağalar 5 – uşağa vahid tələblər verməsi
A) 1, 3, 5;
B) 1, 2, 4
C) 1, 4, 5;
D) 1, 2, 3;
E) 2, 3, 5
Ekoloji dünyagörüşün komponentlərini seçin. 1 – ekologiya və ətraf mühitin qorunmasına dair qərar və göstərişlər; 2 – təbiətin bəxş etdiyi yeraltı və yerüstü sərvətlər; 3 – ekoloji təfəkkür və davranış; 4 – insanın təbiətin bir hissəsi olduğunu dərk eməsi.
A) 1; 3; 4
B) 2; 4; 1
C) 3; 2; 1
D) 4; 3; 2
E) 1; 2; 3
Tərbiyənin qanunauyğunluqları hansılardır? 1 – Tərbiyə inkişafla qarşılıqlı əlaqədə, dialektik vəhdətdədir 2 – Tərbiyə kollektiv fəaliyyət təşkil edir 3 – İnkişaf həm verbal proseslə, həm də sensor hərəki proseslərlə bağlanır. 4 – Tərbiyə fəaliyyət və ünsiyyətlə ayrılmazdır 5 – Tərbiyə uzunmüddətli prosesdir 6 – Tərbiyənin təsir imkanları çoxdur 7 – Tərbiyə cəmiyyətin inkişafında mühüm rol oynayır
A) 1, 3, 4
B) 1, 5, 6
C) 3, 4, 6
D) 4, 5, 6
E) 1, 4, 5
Fəaliyyət və davranışın stimullaşdırılması və qiymətləndirilməsi metodları göstər. 1 – idman; 2 – rəğbətləndirmə; 3 – cəzalandırma; 4 – nümunə; 5 – ictimai rəy; 6 – yarışlar.
A) 1; 2; 3
B) 6; 1; 4
C) 4; 2; 5
D) 2; 3; 6
E) 3; 5; 6
Özünütərbiyənin vasitələrini və onların arasındakı uyğunluğu tapın 1 – Özünümüşahidə 2 – Özünüdərketmə 3 – Özünütəlqin a – şəxsiyyətinin yüksək forması b – insanın öz əhval – ruhiyyəsini, ovqatını, psixi vəziyyətini dərk etmək üçün öz hisslərini, davranışını nəzərdən keçirməsi c – insanın öz mənliyini, qabiliyyətini, rəftar və davranışını, hiss və düşüncələrini dərk edib qiymətləndirməsi d – insanın bütövlükdə rəftar və davranışını məqsədyönlü istiqamətdə idarə etmək, yaxud tənzimləmək üçün öz psixikasına təsir göstərməsi e – iradəsizlik, özünütəlqində tərəddüd və özünütərbiyədə passivliyin olması
A) 1 - e; 2 - d; 3 - c
B) 1 - b; 2 - c; 3 - d
C) 1 - d; 2 - e; 3 - a
D) 1 - a; 2 - b; 3 –d
E) 1 - c; 2 - a; 3 - b
Daxili ziddiyyətlərin yaratdığı uyğunsuzluğun aradan qaldırılması üçün aparılan işlərin ardıcıllığını göstərin 1 – uzunsürən pedaqoji dəstək 2 – şəxsi fəaliyyət 3 – inkişafın sürətliliyi 4 – fəallıq göstərmək 5 – sosial təcrübəni genişləndirmək 6 – həyat mövqeyinini müəyyənləşdirmək
A) 2; 4; 6
B) 5; 4; 2
C) 1; 2; 4
D) 1; 3; 5
E) 2; 3; 6
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top