Tapılan ümumi test sayı : 237

PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI BURAXILAN SƏHVİ GÖSTƏRİN:
A) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
B) Problemin həlli müxtəlif fərziyyələr yaradır
C) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur
D) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
E) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır
PEDAQOJİ TEXNOLOGİYA:
A) Düzgün cavab yoxdur
B) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu
C) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
D) Bütün cavablar doğrudur
E) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
“ŞƏXSİYYƏTYÖNÜMLÜLÜK” DEDİKDƏ KURİKULUMDA NƏ NƏZƏRDƏ TUTULUR?
A) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
B) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi
C) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
E) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİNİN DÜZGÜN ARDICILLIĞINI MÜƏYYƏN EDİN: 1. Motivasiya 2. Qiymətləndirmə 3. Məlumat mübadiləsi 4. Tədqiqatın aparılması 5. Ümumiləşdirmə və nəticələrin çıxarılması 6. Məlumatın müzakirəsi 7. Yaradıcı tətbiqetmə
A) 1,4,3,5,7,6,2
B) 1,4,3,6,5,7,2
C) 1,2,6,3,5,4,7,2
D) 1,3,4,2,5,7,6
E) 1,2,4,3,6,7,5
VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTİDİR:
A) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
B) Hafizəyə əsaslanan təlim
C) Monoloji təlim
D) Problemin həlli prosesində biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi
E) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması.
“Təhlil et, izah et, şərh et, nəticə çıxar” ifadələrini təfəkkürün hansı növünə aid etmək olar?
A) Tənqidi təfəkkürə
B) Məntiqi təfəkkürə
C) Biliyə
D) Yaradıcı təfəkkürə.
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN (BSQ) XÜSUSİYYƏTLƏRİNİ SEÇİN: 1. Bəhs və ya bölmənin sonunda keçirilir. 2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır. 3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir. 4. Yarımilin sonunda keçirilir. 5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 1,2,3
B) 1,3,5
C) 2,3,4
D) 1,3,4
E) 2,4,5
Perspektiv planlaşdırma aparmaq üçün müəllim hansı bacarıqlara malik olmalıdır? 1. Məzmun standartına əsasən dərslikdəki (müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq. 2. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək. 3. Tədris vahidlərinin və mövzuların ardıcıllığını, vaxt bölgüsünü müyyənləşdirmək. 4. İnteqrasiya imkanlarını və istifadə olunacaq mənbələri (resurslsrı) müəyyənləşdirmək.
A) 1, 2, 3
B) 1, 2, 4
C) 2, 4, 3
D) 1, 3, 4
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ TƏDRİS İLİNİN HANSI MƏRHƏLƏSİNDƏ APARILIR?
A) Yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır
B) Dərs ilinin əvvəlindən başlayaraq gündəlik
C) Bəhs və ya bölmənin sonunda fənni tədris edən müəllim tərəfindən aparılır
D) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə təlimin istənilən mərhələsində
E) Təlim prosesisinin əvvəlində
DƏRSİN CARİ PLANLAŞDIRILMASINDA NƏZƏRDƏ TUTULMUR:
A) Dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrinin müəyyənləşdirilməsi
B) Tapşırıqların dərsin təlim nəticələri ilə uyğunlaşdırılması
C) İş vərəqlərinin hazırlanması
D) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuların müəyyənləşdirməsi
E) Dərsin icmalının hazırlanması
SUMMATİV QİYMƏTLƏNDİRMƏ HANSI MƏQSƏDLƏ APARILIR?
A) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə
B) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə
C) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
D) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə
E) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
Summativ qiymətləndirmə şkalasına görə neçə faiz düzgün cavab verən şagird “4” qiymət alır?
A) (60% - 80%]
B) (50% - 80%)
C) (60% - 80%)
D) (50% - 80%]
DEKLARATİV BİLİK NƏDİR?
A) İdrak prosesinin gedişatına kömək edən biliklərdir
B) Fənn üzrə məlumat xarakterli biliklərdir
C) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir
D) Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir
E) Yalnız İKT-dən istifadə etməklə əldə olunan biliklərdir
MÜƏLLİMİN İNNOVATİV FƏALİYYƏTİNƏ AİD OLMAYANLARI GÖSTƏRİN: 1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir 2. Yeni təlim üsulları yaradır 3. Təlim proresində şagirdə obyekt kimi yanaşır 4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir 5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır
A) 1,3,5
B) 3,5
C) 1,2
D) 1,2,4
E) 4,5
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏNİN ƏSAS MƏQSƏDİ NƏDƏN İBARƏTDİR?
A) Tədris ilinin sonunda şagirdlərin nailiyyətlərini qiymətləndirmək
B) Şagirdlərin müvəffəqiyyəti barədə valideynləri məlumatlandırmaq
C) Şagirdlərin tədris vahidinin sonunda əldə etdikləri bilik və bacarıqların hansı səviyyədə olduğunu yoxlamaq
D) Təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıqlarının səviyyəsinin üzə çıxarılmasını təmin etmək
E) Şagirdlərin özünüqiymətləndirmə bacarığını inkşaf etdirmək
Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Təhsilin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin və ya ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.
B) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə.
C) Şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə.
D) Təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır.
Uyğunluğu müəyyən edin? 1. Diaqnostik qiymətləndirmə 2. Formativ qiymətləndirmə 3. Summativ qiymətləndirmə a) Bu qimətləndirmənin nəticələri rəsmi qeyd olunmur. b) Bu qimətləndirmə davamlı və səmərəli əks-əlaqə mexanizmidir. c) Kiçik və böyük qiymətləndirmə formaları vardır.
A) 1a, 2b, 3c
B) 1c, 2a, 3b
C) 1b, 2a, 3c
D) 1b, 2c, 3a
Planlaşdırmanın neçə növü var?
A) 2
B) 3
C) 4
D) 1
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ HANSI MƏRHƏLƏDƏ APARILIR?
A) Bölmə və bəhslərin, yarımilin sonunda.
B) Tədris ilinin sonunda.
C) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
D) Hər ayın əvvəlində.
E) Təhsil səviyyələrini başa vurarkən.
REFLEKSİYA MƏRHƏLƏSİ NƏYƏ XİDMƏT EDİR?
A) Tədqiqatın nəticələrini müzakirə etməyə
B) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
C) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
D) Əldə olunmuş biliklərin müzakirəsinə
E) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top