Tapılan ümumi test sayı : 237

AŞAĞIDAKILARDAN BİRİ KURİKULUMUN ƏSAS XÜSUSİYYƏTLƏRİNƏ AİDDİR:
A) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır
B) Müəllimyönümlüdür
C) Təklifyönümlüdür
D) Bilikyönümlüdür
E) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
TAKSONOMİYALAR TƏLİM PROSESİNDƏ HANSI İMKANLARI YARADIR? 1.Təlim məqsədlərini düzgün müəyyənləşdirmək 2. Dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirmək 3. Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək 4. Şagirdlərin fəaliyyətini stimullaşdırmaq
A) 1,4
B) 3,4
C) 1,3
D) 2,4
E) 1,2
Aşağıdakılardan hansı müasir qiymətləndirməyə aid deyil?
A) Şagirdin inkişafı sistemli şəkildə izlənilir
B) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir
C) Qiymətləndirmənin obyektivliyini təmin edir
D) Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır
TƏQDİM EDİLMİŞ QAYDALARDAN BİRİ İŞ VƏRƏQLƏRİNƏ VERİLƏN TƏLƏBLƏRƏ UYĞUN DEYİL:
A) Cəlbedici məzmunu və tərtibatı olmalıdır
B) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır
C) Coxlu tapşırıqlar əks olunmalıdır
D) Dərsin məqsədinə uyğun olmalıdır
E) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır
BİRİ FASİLİTASİYA QAYDALARINA AİD DEYİL:
A) Psixoloji dəstək
B) Məlumatla təminetmə
C) Motivasiyanın düzgün qurulması
D) Fəaliyyətin stimullaşdırılması
E) Təşkilati dəstək
Əgər siz 30 test sualı hazırlamalısınızsa, sualların sayı səviyyələrə görə neçə olmalıdır? 1-ci səviyyə  2-ci səviyyə  3-cü səviyyə  4-cü səviyyə
A) 5 10 10 5
B) 6 9 9 6
C) 6 9 6 9
D) 7 8 8 7
PERSPEKTİV PLANLAŞDIRMAYA AİDDİR:
A) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək
B) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
C) Dərsin icmalını hazırlamaq
D) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq
E) İş vərəqləri hazırlamaq
MÜƏLLİMİN VƏZİFƏLƏRİNƏ AİD DEYİL:
A) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq
B) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək
C) Pedaqoji etika və əxlaq normalarına riayət etmək
D) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
E) Dərslik və dərs vəsaitləri hazırlamaq
SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDLƏRİ: 1. Müəllimin tədris fəaliyyətini dəyərləndirmək. 2. Sinfin ilkin səviyyəsini müəyyənləşdirmək. 3. Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək. 4. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək. 5. Təlimin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin, tədris ilinin sonunda) şagirdlərin nailiyyətlərini qiymətləndirmək.
A) 2, 4, 5
B) 2, 3, 5
C) 1, 2, 3
D) 1, 3, 5
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN (BSQ) XÜSUSİYYƏTLƏRİNİ SEÇIN: 1. Bəhs və ya bölmənin sonunda keçirilir. 2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır. 3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir. 4. Yarımilin sonunda keçirilir. 5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 1,2,3
B) 1,3,5
C) 1,3,4
D) 2,4,5
FORMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDİ:
A) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi.
B) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi.
C) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi.
D) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi.
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ NƏ VAXT APARILIR?
A) Təhsil səviyyələrini başa vurarkən.
B) Hər ayın əvvəlində
C) Bölmə və bəhslərin, yarımilin sonunda.
D) Dərs ilinin,bölmənin tədrisinin əvvəlində.
TƏLİM STRATEGİYALARINA AİD OLMAYANI GÖSTƏRİN:
A) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
B) Sinifdənkənar tədbirlərin təşkil edilməsi.
C) Fənn üzrə təlimin təşkilinə verilən tələblərin təsviri
D) Planlaşdırmaya dair nümunələr
PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI TEZ-TEZ MÜŞAHİDƏ OLUNAN SƏHVİ GÖSTƏRİN:
A) Müəllimin şagirdin qarşısına qoyduğu problem onun yaş səviyyəsinə uyğun gəlmir
B) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur.
C) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
D) Hər bir şagird öz bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa çalışır.
NƏ ÜÇÜN MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ ƏQSƏDƏUYĞUN OLMALIDIR?
A) Tədqiqat prosesini çətinləşdirir.
B) Dərsin vaxtında başa çatmasına kömək edir.
C) Şagirdlərdə idrak fəallığı oyadır.
D) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirməyə imkan yaradır
VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN xÜSUSİYYƏTİDİR:
A) Müəllim və şagirdlər arasında əks-əlaqənin yaradılması.
B) Avtoritar metoda əsaslanır.
C) Hazır şəkildə əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
D) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması.
CARİ PLANLAŞDIRMADA ƏN ÇOX BURAXILAN SƏHV hANSIDIR?
A) Dərsdə reallaşdırılacaq alt-standartları müəyyənləşdirmək.
B) Dərslikdəki materialı mənimsətmək.
C) Dərsin təlim nəticələrini müəyyənləşdirmək
D) İş vərəqlərini hazırlamaq
TƏLİM PROSESİNDƏ TAKSONOMİYALAR NƏYƏ XİDMƏT EDİR?
A) Təfəkkürün müxtəlif növlərini inkişaf etdirmək üçün tapşırıqlar tərtib etmək.
B) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirmək.
C) Gündəlik keçirilən dərslərin mövzularını müəyyənləşdirmək.
D) Şagirdlərin fəaliyyətini stimullaşdırmaq.
MÜƏLLİMLƏRİN İNNOVATİV FƏALİYYƏTİNIN NƏTİCƏSİNƏ AİD OLANLARI GÖSTƏRİN: 1. Təhsilin keyfiyyəti yüksəlir. 2. Təhsildən yayınma halları artır. 3. Təhsil müəssisəsinin nüfuzu artır. 4. Şagirdlərin kompetensiyasıartır. 5.Təhsil müəssisəsində psixoloji iqlim pisləşir.
A) 1, 2, 3
B) 1, 3, 4
C) 1, 3, 5
D) 2, 3, 5
TƏRBİYƏ SİSTEMİNİN KOMPONENTİ DEYİL:
A) Tərbiyənin məqsədi
B) Tərbiyəvi işin forma və üsulları
C) Tərbiyənin məzmunu
D) Tolerantlığın formalaşdırılması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top