Tapılan ümumi test sayı : 237

Dərsin cari planlaşdırılmasında nəzərdə tutulmur:
A) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuların müəyyənləşdirməsi.
B) Dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrinin müəyyənləşdirilməsi.
C) İş vərəqlərinin hazırlanması
D) Dərsin icmalının hazırlanması
E) Tapşırıqların dərsin təlim nəticələri ilə uyğunlaşdırılması
Şagirdlərdə mənəvi tərbiyənin əsas metodu:
A) Cəzalandırmaq
B) Bütün cavablar doğrudur
C) İnandırmaq
D) Tapşırıq vermək
E) Danlamaq
Müəllimin innovativ fəaliyyətinə aid deyil:
A) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir
B) Təlim proresində şagirdə obyekt kimi yanaşır.
C) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır.
D) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir.
E) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir.
İdrak taksonomiyası üzrə səviyyə və təlim nəticələrini uyğunlaşdırın: 1. Bilik   a) dəyişir,nümayiş etdirir 2. Anlama   b) müəyyən edir,sadalayır 3. Tətbiqetmə   c) fərqləndirir,izah edir 4. Analiz   d) ayırır, müəyyən edir
A) 1-b,2-c,3-d,4-a
B) 1-b, 2-c, 3-a, 4-d
C) 1-b,2-d,3-a,4-c
D) 1-c, 2-b,3-d,4-a
E) 1-b, 2-c, 3-d, 4-a
Deklarativ bilik nədir?
A) İdrak prosesinin gedişatına kömək edən biliklərdir
B) Fənn üzrə məlumat xarakterli biliklərdir.
C) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir
D) Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir
E) Yalnız İKT-dən istifadə etməklə əldə olunan biliklərdir.
Biri fənn kurikulumunun strukturuna aid deyil:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
C) Təlim strategiyaları
D) Məzmun standartlarının şərhi
E) Təhsilin məzmunu
Məzmun xətti nədir?
A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
C) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
D) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
E) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
Aşağıdakılardan biri əsas standartın funksiyasıdır:
A) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
B) Təlim üsullarının seçilməsini təmin edir.
C) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
D) Təlimdə inteqrativliyi təmin edir.
E) Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir
“Nəticəyönümlülük”dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi
B) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
C) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
D) Fəaliyyətin təhsilalanın potensial imkanlarının inkişafına yönəldilməsi
E) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması
FORMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDİ:
A) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi
B) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi
C) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi
D) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
E) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ NƏ VAXT APARILIR?
A) Hər ayın əvvəlində
B) Dərs ilinin,bölmənin tədrisinin əvvəlində
C) Bölmə və bəhslərin, yarımilin sonunda
D) Təhsil səviyyələrini başa vurarkən
E) Tədris ilinin sonunda
TƏLİM STRATEGİYALARINA AİD OLMAYANI GÖSTƏRİN:
A) Fənn üzrə təlimin təşkilinə verilən tələblərin təsviri
B) Planlaşdırmaya dair nümunələr
C) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
D) Məzmun standartlarının şərhi
E) Sinifdənkənar tədbirlərin təşkil edilməsi
PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI TEZ-TEZ MÜŞAHİDƏ OLUNAN SƏHVİ GÖSTƏRİN:
A) Problemin həlli müxtəlif fərziyyələr yaradır
B) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
C) Hər bir şagird öz bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa çalışır
D) Müəllimin şagirdin qarşısına qoyduğu problem onun yaş səviyyəsinə uyğun gəlmir
E) Problemin həlli xüsusi tədqiqat tələb etməlidir
NƏ ÜÇÜN MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ ƏQSƏDƏUYĞUN OLMALIDIR?
A) Şagirdlərdə idrak fəallığı oyadır
B) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirməyə imkan yaradır
C) Tədqiqat prosesini çətinləşdirir
D) Dərsin vaxtında başa çatmasına kömək edir
E) Tapşırıqları düzgün yerinə yetirməyə kömək edir
VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN xÜSUSİYYƏTİDİR:
A) Hazır şəkildə əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
B) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması
C) Müəllim və şagirdlər arasında əks-əlaqənin yaradılması
D) Avtoritar metoda əsaslanır
E) Hafizəyə əsaslanır
CARİ PLANLAŞDIRMADA ƏN ÇOX BURAXILAN SƏHV hANSIDIR?
A) Dərsin təlim nəticələrinə uyğun tapşırıqlar hazırlamaq
B) Dərsin təlim nəticələrini müəyyənləşdirmək
C) Dərslikdəki materialı mənimsətmək
D) Dərsdə reallaşdırılacaq alt-standartları müəyyənləşdirmək
E) İş vərəqlərini hazırlamaq
TƏLİM PROSESİNDƏ TAKSONOMİYALAR NƏYƏ XİDMƏT EDİR?
A) Şagirdlərin fəaliyyətini stimullaşdırmaq
B) Gündəlik keçirilən dərslərin mövzularını müəyyənləşdirmək
C) Şagirdlərdə öyrənməyə motivasiya yaratmaq
D) Təfəkkürün müxtəlif növlərini inkişaf etdirmək üçün tapşırıqlar tərtib etmək
E) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirmək
TƏRBİYƏ SİSTEMİNİN KOMPONENTİ DEYİL:
A) Tərbiyəvi işin forma və üsulları
B) Tərbiyənin məqsədi
C) Tolerantlığın formalaşdırılması
D) Tərbiyənin prinsipləri
E) Tərbiyənin məzmunu
PEDAQOJİ TEXNOLOGİYA:
A) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur
B) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir
C) Öyrənilən elm sahəsində ideyalar məcmusudur
D) Pedaqoji fəaliyyətin nəticəsidir
E) Müəllimin qarşısına qoyulan tələblərdir
TƏHSİLALANLARIN MƏNƏVİ TƏRBİYƏSİNDƏ ƏSAS METOD:
A) Məsuliyyətli işə cəlb etmək
B) Tənbeh etmək
C) İnandırmaq
D) Tapşırıq vermək
E) Nəzarət etmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top