Tapılan ümumi test sayı : 237

Aşağıdakı fikirlərdən biri motivasiya mərhələsinə aid deyil.
A) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
B) Fəal dərsin birinci mərhələsidir.
C) İştirakçılar əldə etdikləri biliklərin informasiya mübadiləsini aparırlar.
D) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
Aşağıdakılardan hansı fəal dərsin mərhələləridir? 1. Motivasiya, problemin qoyuluşu 2. Tədqiqatın aparılması 3. Məlumat mübadiləsi 4. Ev tapşırığının yoxlanılması 5. Məlumatların müzakirəsi 6. Nəticələrin çıxarılması 7. Yeni mövzunun izahı 8. Yaradıcı tətbiq etmə 9. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar 10. Qiymətləndirmə (məqsədə görə müəyyən mərhələdən sonra aparıla bilər)
A) 1,2,3,5,6,8,10
B) 1,4,6,7,8,9,10
C) 2,3,4,5,7,8,9
D) 3,4,6,7,8,9,10
Gündəlik planlaşdırma nümunəsinə aşağıdakılardan hansı aid deyil?
A) Təlim üsullar
B) İnteqrasiya
C) Mövzu
D) Tədris vahidi
Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına daxil deyil?
A) məntiqi
B) sadədən mürəkkəbə
C) əlaqəlilik
D) xronoloji
Aşağıdakılardan hansılar nümunəvi perspektiv planlaşdırma sxeminə aiddir. 1. Tədris vahidi 2. Motivasiya yaratmaq 3.Mövzular 4. Standratlar 5. İnteqrasiya 6.Tədqiqat sualının qoyuluşu 7. Tarix
A) 1,3,4,5,7
B) 1,3,5, 6, 7
C) 1,2,4,5,6
D) 1, 2, 3, 4, 5
Fənn kurikulumları əsasında təlimin planlaşdırılmasının neçə növü var?
A) 1
B) 4
C) 2
D) 3
Perspektiv planlaşdırma aparmaq üçün müəllim hansı bacarıqlara malik olmalıdır? 1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq. 2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək. 3. İnteqrasiya imkanlarını müəyyən etmək. 4. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək. 5. Əlavə resurslar seçmək.
A) 2, 3, 4,5
B) 1,3, 4,5
C) 1, 2, 3,5
D) 1, 2, 4,5
Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?
A) aylıq
B) gündəlik
C) rüblük
D) illik
Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır. Qeyd olunan fikirlər təlimin təşkilinin hansı forması aiddir?
A) Karusel
B) kollektivlə iş
C) fərdi iş
D) cütlərlə iş
Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. Qeyd olunan fikir təlimin təşkilinə verilən tələblərindən hansının şərhidir?
A) Təlimdə bərabər imknların yaradılması
B) Təlimdə dəstəkləyici mühitin yaradılması
C) Şagirdyönümlülük
D) Pedaqoji prosesin tamlığı
Strategiya ilə oxuyan oxucu məqsədləri müəyyənləşdirərkən əsasən hansı üsuldan istifadə edir?
A) Akvarium
B) Ziqzaq
C) Karusel
D) BİBÖ
Strategiya ilə oxuyan hansı bacarıqlara yiyələnir? 1. Kiçik və böyük idraki fəaliyyətlər vasitəsi ilə öyrənir 2. Müxtəlif yazı üslubları haqqında bilikləri olur 3. Öyrənmək məqsədi ilə başqaları ilə əməkdaşlıq edir 4. Yeni bilikləri əvvəlki biliklərlə əlaqələndirir 5. Tanıdığı sözlər vasitəsi ilə mətnin mənasını dərk edir
A) 1, 2, 4
B) 3, 4, 5
C) 1,3,5
D) 1, 3, 4
Təhsilt taksonomiyaları haqqında fikirlərdən biri səhvdir:
A) Taksonomiya təlimin keyfiyyətini yüksəldir;
B) Taksonomiya təlim məqsədlərinin ardıcıllığını və əlaqəliliyini təmin edir;
C) Taksonomiya qısa müddətdə böyük həcmli materialı öyrənmək imkanı verir;
D) Taksonomiya təlimin konqruentliyinə əminlik yaradır;
Qiymətləndirmə üsulu hansıdır?
A) Meyar cədvəli
B) Çalışmalar
C) Şifahi sual-cavab
D) Müşahidə vərəqi
E) Özünüqiymətləndirmə vərəqi
“Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır. Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər yenidən nömrələnir.Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir”. Haqqında danışılan təlim üsulunu müəyyən et:
A) Ziqzaq
B) BİBÖ
C) Karusel
D) Qərarlar ağacı
İdman növlərinə (atletika, gimnastika) aid sadə hərəkətləri nümunələrə müvafiq təkrar edir alt standartının fəaliyyət hissəsinin növünü və səviyyəsini müəyyənləşdirin:
A) psixomotor, hazır olmaq
B) emosional, dəyərlərin daşıyıcısı olmaq
C) idraki, tətbiq etmək
D) psixomotor, təqlid etmək
Yemək masası ətrafında davranış bacarıqlarını nümayiş etdirir alt standartının fəaliyyət hissəsinin növünü və səviyyəsini müəyyənləşdirin:
A) emosional, təşkil etmə
B) emosional , dəyərlərin daşıyıcısı olmaq
C) psixomotor, mexanizm
D) idraki, tətbiq
“Ucadan düşün” strategiyasının fəaliyyət ardıcıllığı hansı bənddə düzgün verilmişdir?
A) idraki və yüksək idraki bacarıqları əlaqələndirir, təşkilati işarələrdən istifadə edir, düşünmənin üç mərhələsinə cəlb edilir, yeni məlumatları mövcud bilikləri ilə əlaqələndirir.
B) ilkin biliklərini müəyyənləşdirmək, əlaqələndirmək, sual vermək, sualların növlərini müəyyən etmək, sualları təsnif etmək, sualları yaratmaq;
C) Hər biri
D) ilkin biliklərini müəyyənləşdirmək, əlaqələndirmək, sual vermək, məqsədi müəyyənləşdirmək,dərk etməni yoxlamaq, təsəvvür etmək, uşaqalrın münasibətini öyrənmək və dəstəkləyici fikirlər əlavə etmək;
Verilmiş standarta uyğun təlim məqsədini müəyyən edin: 1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) tanıyır.
A) Heyvanlar aləminə aid varlıqları tanıyır.
B) Canlılarla cansızların fərqini sadə şəkildə izah edir.
C) Heyvanlara qulluq qaydalarını bilir.
D) Canlıların yaşaması üçün lazım olan amilləri sadalayır.
Mötərizəli və mötərizəsiz ədədi ifadələri oxuyur və yazır alt standartının fəaliyyət hissəsinin növünü və səviyyəsini müəyyənləşdirin:
A) emosional, təşkil etmək
B) idraki, bilik
C) psixomotor, mexanizmini bilmək
D) idraki, anlma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top