Tapılan ümumi test sayı : 237

Aşağıdakılardan hansı analitik qiymətləndirmə sxeminə aid deyil?
A) Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir
B) Şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini müəyyənləşdirir.
C) Bu qiymətləndirmə sürətli aparılır.
D) Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir.
Bunlardan hansı holistik qiymətləndirməyə aid edilə bilməz?
A) meyara əsasən qiymətləndirmə
B) bütöv qiymətləndirmə
C) standarta əsasən
D) sürətli qiymətləndirmə
Holistik qiymətləndirmə sxemində bilik və bacarıqların meyarı nəyə əsasən müəyyən olunur?
A) mövzuya
B) motivasiyaya
C) məqsədə
D) standarta
Neçə formativ qiymətləndirmə sxemi var?
A) 6
B) 3
C) 2
D) 5
Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?
A) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq
B) bölmə və hər mövzunun əvvəlində
C) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
D) bölmə və bəhslərin, yarımilin sonunda
Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.
B) Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək məqsədilə
C) Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.
D) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə
Diaqnostik qiymətləndirmə hansı mərhələlərdə aparılır?
A) Təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
B) Bölmə və bəhslərin, yarımilin sonunda.
C) Dərs ilinin əvvəlindən başlayaraq hər dərsin sonunda.
D) Dərs ilinin ilk günü.
Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aiddir.
A) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək
B) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
C) şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.
D) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək
Məktəbdaxili qiymətləndirmənin neçə növü var?
A) 2
B) 4
C) 3
D) 5
Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aiddir.
A) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək
B) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək.
C) şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.
D) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur?
A) 4
B) 5
C) a) 3
D) 6
Aşağıdakılarda hansı müasir qiymətləndirməyə aid deyil.
A) Şagirdin inkişafı sistemli şəklidə izlənilir.
B) Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlldilir və onu idarə edən vacib amil kimi meydana çıxır
C) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
D) Qiymətləndirmənin obyektivliyini təmin edir.
Aşağıdakılardan biri “Azərbaycan Respublikasının ümumitəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”na aid deyil.
A) Kurikulum üzrə qiymətləndirmə
B) Buraxılış imtahanları.
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri.
D) Qiymətləndirmə meyarları.
Aşağıdakılarda hansı müasir qiymətləndirməyə aid deyil.
A) Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.
B) Qiymətləndirmənin obyektivliyini təmin edir.
C) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
D) Şagirdin inkişafı sistemli şəklidə izlənilir.
“İstənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir” bu fikir fəal dərsin hansı mərhələsinə aiddir.
A) Qiymətləndirmə
B) C İnformasiyanın müzakirəsi və təşkili
C) Yaradıcı tətbiqetmə
D) Tədqiqatın aparılması
Biri mikro idraki bacarıq deyil:
A) analiz
B) billmək
C) qərar qəbul etmək
D) anlamaq
Aşağıdakı fikirlərdən hansı informasiyanın müzakirəsi və təşkili mərhələsinə aiddir. 1. Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. 2. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür. 3. Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır. 4. mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə Bu mərhələdə başlayır. Məlumatlar sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər. 5. Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir
A) 1,3
B) 1,4
C) 1,5
D) 4,5
Aşağıdakı fikirlərdə hansı yaradıcı tətbiqetmə mərhələsinə aid deyil.
A) Şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
B) Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər,
C) Biliklərin mənimsənilməsinin başlıca meyarıdır.
D) Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
Aşağıdakı fikirlərdə hansı tədqiqatın aparılması mərhələsinə aiddir.
A) Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.
B) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
C) Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır
D) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar
Aşağıdakı fikirlərdən biri informasiya mübadiləsi mərhələsinə aiddir.
A) Fəal dərsin dördüncü mərhələsidir.
B) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
C) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar
D) Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top