Tapılan ümumi test sayı : 237

Dərsin cari planlaşdırılmasında nəzərdə tutulmur:
A) Dərsin icmalının hazırlanması
B) Dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrinin müəyyənləşdirilməsi.
C) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuların müəyyənləşdirməsi.
D) İş vərəqlərinin hazırlanması
E) Tapşırıqların dərsin təlim nəticələri ilə uyğunlaşdırılması
Şagirdlərdə mənəvi tərbiyənin əsas metodu:
A) Danlamaq
B) Tapşırıq vermək
C) İnandırmaq
D) Bütün cavablar doğrudur
E) Cəzalandırmaq
Müəllimin innovativ fəaliyyətinə aid deyil:
A) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir
B) Təlim proresində şagirdə obyekt kimi yanaşır.
C) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir.
D) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir.
E) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır.
İdrak taksonomiyası üzrə səviyyə və təlim nəticələrini uyğunlaşdırın: 1. Bilik   a) dəyişir,nümayiş etdirir 2. Anlama   b) müəyyən edir,sadalayır 3. Tətbiqetmə   c) fərqləndirir,izah edir 4. Analiz   d) ayırır, müəyyən edir
A) 1-b,2-c,3-d,4-a
B) 1-c, 2-b,3-d,4-a
C) 1-b,2-d,3-a,4-c
D) 1-b, 2-c, 3-a, 4-d
E) 1-b, 2-c, 3-d, 4-a
Deklarativ bilik nədir?
A) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir
B) Yalnız İKT-dən istifadə etməklə əldə olunan biliklərdir.
C) İdrak prosesinin gedişatına kömək edən biliklərdir
D) Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir
E) Fənn üzrə məlumat xarakterli biliklərdir.
Biri fənn kurikulumunun strukturuna aid deyil:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Təhsilin məzmunu
C) Təlim strategiyaları
D) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
E) Məzmun standartlarının şərhi
Məzmun xətti nədir?
A) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
B) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
C) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
D) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
E) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
Aşağıdakılardan biri əsas standartın funksiyasıdır:
A) Təlim üsullarının seçilməsini təmin edir.
B) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
C) Təlimdə inteqrativliyi təmin edir.
D) Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir
E) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
“Nəticəyönümlülük”dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi
B) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
C) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
E) Fəaliyyətin təhsilalanın potensial imkanlarının inkişafına yönəldilməsi
FORMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDİ:
A) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi
B) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi
C) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi
D) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
E) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ NƏ VAXT APARILIR?
A) Təhsil səviyyələrini başa vurarkən
B) Bölmə və bəhslərin, yarımilin sonunda
C) Hər ayın əvvəlində
D) Tədris ilinin sonunda
E) Dərs ilinin,bölmənin tədrisinin əvvəlində
TƏLİM STRATEGİYALARINA AİD OLMAYANI GÖSTƏRİN:
A) Sinifdənkənar tədbirlərin təşkil edilməsi
B) Məzmun standartlarının şərhi
C) Fənn üzrə təlimin təşkilinə verilən tələblərin təsviri
D) Planlaşdırmaya dair nümunələr
E) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI TEZ-TEZ MÜŞAHİDƏ OLUNAN SƏHVİ GÖSTƏRİN:
A) Problemin həlli xüsusi tədqiqat tələb etməlidir
B) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
C) Problemin həlli müxtəlif fərziyyələr yaradır
D) Müəllimin şagirdin qarşısına qoyduğu problem onun yaş səviyyəsinə uyğun gəlmir
E) Hər bir şagird öz bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa çalışır
NƏ ÜÇÜN MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ ƏQSƏDƏUYĞUN OLMALIDIR?
A) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirməyə imkan yaradır
B) Tapşırıqları düzgün yerinə yetirməyə kömək edir
C) Şagirdlərdə idrak fəallığı oyadır
D) Tədqiqat prosesini çətinləşdirir
E) Dərsin vaxtında başa çatmasına kömək edir
VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN xÜSUSİYYƏTİDİR:
A) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması
B) Hazır şəkildə əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
C) Avtoritar metoda əsaslanır
D) Müəllim və şagirdlər arasında əks-əlaqənin yaradılması
E) Hafizəyə əsaslanır
CARİ PLANLAŞDIRMADA ƏN ÇOX BURAXILAN SƏHV hANSIDIR?
A) Dərslikdəki materialı mənimsətmək
B) Dərsin təlim nəticələrini müəyyənləşdirmək
C) İş vərəqlərini hazırlamaq
D) Dərsin təlim nəticələrinə uyğun tapşırıqlar hazırlamaq
E) Dərsdə reallaşdırılacaq alt-standartları müəyyənləşdirmək
TƏLİM PROSESİNDƏ TAKSONOMİYALAR NƏYƏ XİDMƏT EDİR?
A) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirmək
B) Gündəlik keçirilən dərslərin mövzularını müəyyənləşdirmək
C) Şagirdlərin fəaliyyətini stimullaşdırmaq
D) Şagirdlərdə öyrənməyə motivasiya yaratmaq
E) Təfəkkürün müxtəlif növlərini inkişaf etdirmək üçün tapşırıqlar tərtib etmək
TƏRBİYƏ SİSTEMİNİN KOMPONENTİ DEYİL:
A) Tərbiyəvi işin forma və üsulları
B) Tolerantlığın formalaşdırılması
C) Tərbiyənin məqsədi
D) Tərbiyənin prinsipləri
E) Tərbiyənin məzmunu
PEDAQOJİ TEXNOLOGİYA:
A) Müəllimin qarşısına qoyulan tələblərdir
B) Pedaqoji fəaliyyətin nəticəsidir
C) Öyrənilən elm sahəsində ideyalar məcmusudur
D) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur
E) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir
TƏHSİLALANLARIN MƏNƏVİ TƏRBİYƏSİNDƏ ƏSAS METOD:
A) Məsuliyyətli işə cəlb etmək
B) İnandırmaq
C) Tənbeh etmək
D) Tapşırıq vermək
E) Nəzarət etmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top