• Zəfər, zəfər mənimdir deyə bilənindir. (Mustafa Kamal Atatürk)
  • Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. (Cəfər Sadiq)
  • Zəka mömünün bələdçisidir. (Cəfər Sadiq)
  • Zərurətlə Allahlar da mübahisə etmir. (Pittak)
  • Zamanın unutdura bilməyəcəyi xatirə, ölümün dindirə bilməyəcəyi acı yoxdur. (Migel de Servantes)
  • Zəkanın arxasında qaçmayın axmaqlığı tutarsınız. (Şarl Lui Monteskyö)
  • Zamanı gəldiyini düşündüyündə oğlunu evləndir, qızını isə ilk fürsətdə. (Bencamin Franklin)
  • Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür. (Bencamin Franklin)
  • Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər. (Aristotel)
  • Zaman, səssiz bir mişardır. (İmmanuel Kant)
  • Zəka o zaman bizi idarə edir ki, faktı düşüncələrimizin predmetinə çeviririk. (Emerson)
  • Zövq xoşbəxt bir həyatın başlanğıcı və məqsədidir. (Epikür)
  • Zaman keçmir, keçən bizik. (İbn Sina)
  • Zəhərlə qarışmış qənddən özünü qoru. Ölmüş ilanın üstündə oturmuş milçəkdən özünü qoru. (İbn Sina)
  • Zəka hissləri maarifləndirir. (R.Rollan)
  • Zaman geciksə də, nəticə geciksə də, səbir edən mütləq zəfər çalar. (Əli bin Əbu Talib)
  • Zəmanənin öyüdlərini başa düşən şəxs dövrana nikbin olmaz. (Əli bin Əbu Talib)
  • Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət. (Əli bin Əbu Talib)
  • Zəif olan, heç bir zaman bağışlamaz.
    Bağışlamaq böyük insanların bir hünəridir... (Əli bin Əbu Talib)
  • Zamanı, onu səninlə birlikdə keçirməyə hazır olmayan biriylə keçirmə. (Qabriel Qarsia Markes)
  • Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür. (Sofokl)
  • Zənginlik çayları israfçılıq qumlarında yox olur. (Pyer Büast)
  • Zənginlər çox tox olur, ancaq doymuş olmur. (Pyer Büast)
  • Zəngin, çox mala sahib olana deyilməz, zəngin ürəyi olana deyilir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Zamanı çatan bir fikrin gücünə heç ordu da tab gətirə bilməz. (Viktor Hüqo)
  • Zamanın itdiyini bilənlər, ən çox kədərlənənlərdir. (Dante Aligyeri)
  • Zəif insanlar bağışlaya bilməzlər. Bağışlamaq güclülərə xas bir xüsusiyyətdir. (Mahatma Qandi)
  • Zəiflər heç vaxt bağışlamır. (Mahatma Qandi)
  • Zərurət olanda isə mən sadəcə qəzəblə işləyirəm, çünki işləmək məcburiyyətində olmağım məni dəhşət qəzəbləndirir. (Corc Soros)
  • Zaman nədir? Əgər heç kim məndən bu barədə soruşmasa mən bilirəm zaman nədir; əgər mən soruşana izah etməyə çalışsam mən bilmirəm. (Avreli Avqustin)
  • Zaman yaraları sağaldır. (Avreli Avqustin)
  • Zövqsüzlüyün də çərçivəsi var. Yalnız zövqlülük əbədidir. (Koko Şanel)
  • Zəngin o adamdır ki, nəyi varsa, onunla kifayətlənir. (Bar-Ebrey)
  • Zehin paraşüt kimidir. Açılmasa işləməz. (Frenk Zappa)
  • Zahir elmləri görünən hissənin işığıdır. Qərbin elmləri isə görünməyən hissənin. (Əbdülqədir Geylani)
  • Zənginlikdən əsl xoşbəxtlik necə əmələ gələ bilər ki, zənginliyin əldə edilməsi üçün əzablara dözmək lazım gəlir. (Foma Akvinski)
  • Zahiri günəş Şərqdə çıxır; əvəzində Qərbdə özünüdərkin daxili günəşi çıxır və daha yüksək səviyyədə şüalanır. (Georq Vilhelm Fridrix Hegel)
  • Zəka insana onun əsl təyinatını, həyatının mənasını açır. (Georq Vilhelm Fridrix Hegel)
  • Zəfər zəfər deyildir, yenilən düşmən yenildiyini qəbul etməsə. (M.Klaudius)
  • Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır. (Artur Şopenhauer)
  • Zaman unutdurmaz, keyidər. (Çarlz Bukovski)
  • Ziddiyyət Və yaltaqlıq; ikisi də söhbətin dəyərini salır. (İohann Volfqanq Göte)
  • Zamanla anlar ki insan zaman deyilmiş gedəni geri getircek olan. Çünki bəlkə də zaman, inanılan ən böyük yalan. (Paulo Koelyo)
  • Zəhmətin üstün gəlmədiyi heç bir şey yoxdur. (Cordano Bruno)
  • Zülmün topu var, gülləsi var, qələsi varsa,
    Haqqın da bükülməz qolu, dönməz üzü vardır. (Tofiq Fikrət)
  • Zəhmət çəkmədən sərvət axtarmaq ayıbdır. (Abay Kunanbayev)
  • Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar. (Konfutsi)
  • Zərif ağ ipək qara işlərdən (toxunuşdan) yaranır. (Mənsur Həllac)
  • Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış və uçuşunun qarşısını almaq mümkün olsun. (Frensis Bekon)
  • Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir. (Rövşən Abdullaoğlu)
  • Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır. (Əbu Turxan)
  • Zavallı olmaq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır. (Əbu Turxan)
  • Zoru düzgün dəyərləndirəndə, onu zərərsizləşdirmək də asan olur. (Əbu Turxan)
  • Zəif iradələr güclü iradənin təsir dairəsinə düşəndə tərksilah olur və insan öz simasını itirir. (Əbu Turxan)
  • Zərurət alt qatda incə quruluşla yazılanların üst qatdakı həyata daxildən müdaxiləsidir. (Əbu Turxan)
  • Zirvədən o yana ancaq eniş var. (Əbu Turxan)
  • Zirvə zahirdə yox, batindədir. (Əbu Turxan)
  • Ziyalısız kütlə kordur. (Əbu Turxan)
  • Zəmanə özündən müştəbeh olanda, dahilərə dözə bilmir. (Əbu Turxan)
  • Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir. (Əbu Turxan)
  • Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır. (Əbu Turxan)
  • Ziyankar adam düşünür ki, hələ ziyan vurmadığı adamlar ona minnətdar olmalıdırlar. (Əbu Turxan)
  • Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir. (Əbu Turxan)
  • Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır. (Əbu Turxan)
  • Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır. (Əbu Turxan)
  • Zirvədə – vəhy məqamında din elmlə birləşir. (Əbu Turxan)
  • Zülmət çoxaldıqca ömrü qısalar. (Əbu Turxan)
  • Zahiri və daxili gözəllik eyni vaxtda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki, göründü, onda birincini kölgədə qoyur. (Əbu Turxan)
  • Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin. (İmam Həsən Əskəri)
  • Zərurət bizi seçim etmək çətinliyindən azad edir. (Vovenarq)
  • Zaman-sakit həyatı sevən insanların düşmənidir. (Maksim Qorki)
  • Zalım adamı asan tanıya bilərsən. Kinoda ağlıyar. (Qrem Qrin)
  • Zəmanə çox dəyişdi.. Artıq qatillər öldürmədən əvvəl "özünə yaxşı bax" deyirlər. (Yılmaz Ərdoğan)
  • Zənginlik xəsislik və həyasızlıq doğurur. (Benjamin Dizraeli)
  • Zulmü alkışlayamam, zalimi asla sevemem;
    Gelenin keyfi için geçmişe kalkıp sövemem.
    Biri ecdadıma saldırdımı, hatta boğarım…
    Boğamazsam da, hiç olmazsa yanımdan kovarım.
    Üçbuçuk soysuzun ardından zağarlık yapamam
    Hele hak namına haksızlığa ölsem tapamam. (Mehmet Akif Ərsoy)
  • Zaman dostluğu gücləşdirər, sevgini isə zəiflədər. (Jan de Labrüyer)
  • Zövqləri başqasının icazəsinə bağlı olan insan yazıqdır. (Madonna)
Top