• Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır. (Mustafa Kamal Atatürk)
  • Əsl əhəmiyyətli olan və məmləkəti təməlindən yıxan, xalqını əsir edən, içəridəki cəbhənin susqunluğudur. (Mustafa Kamal Atatürk)
  • Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım. (Kiçik İsgəndər)
  • Əxlaqi davranışın keyfiyyəti işin içində olan insanların sayına tərs mütənasib olaraq dəyişir. (Oldos Haksli)
  • Əgər xoşbəxtliyiniz, bir başqasının etdiklərinə bağlıdırsa, çox ciddi bir probleminiz var deməkdir. (Oldos Haksli)
  • Ədalət dünyada əlvan gül açsın;
    Səadət günəşi nurunu saçsın (Məmməd Rahim)
  • Əsrlərdir oynanılmasına baxmayaraq, heç bir tamaşaçı səhnəyə atılıb Romeonun zəhərli iksiri içməsinə mane olmayıb. Sonda gəminin batacağı bilindiyi halda, "Titanik" filmi dəfələrlə izlənilib. Bitəcək qorxusuyla eşq'dən qaçsan, həyatdan heç bir dad ala bilməzsən. Çünki, Romeo ölməli, Titanik batmalı, amma eşq, heç nəyə baxmayaraq yaşanmalı. (Adam Faver)
  • Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar? (Fyodor Dostoyevski)
  • Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır. (Fyodor Dostoyevski)
  • Əgər sən istəsən, keçmiş unudula bilər. Amma etdiyin hər seçimdə bir daha düşün. Çünki, gələcək, keçmiş qədər insaflı olmaya bilər. (Pol Oster)
  • Əksər insanlar partiyaya avamlıqdan girir, utandıqlarından çıxa bilmir. (Corc Sevil Qalifaks)
  • Əslində mən heç bir şey bilmirəm. Xəyal qurmaq hər şeydir. (Anatol Frans)
  • Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz. (Anatol Frans)
  • Əgər gözəllik ilə gerçək arasından birini seçməm gərəksəydi, heç tərəddüd etmədən gözəlliyi seçərdim, çünki onun içində əsl həqiqətdən daha yüksək və daha dərin bir gerçək olduğuna inanıram. (Anatol Frans)
  • Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən əmələ gələ bilər. (Anatol Frans)
  • Ən nadir mərdlik – fikir mərdliyidir. (Anatol Frans)
  • Əgər sərmayə, Sovetlər Respublikasını dağıtmağa müvəffəqiyyətli olsa nə olacaq? Bütün kapitalist və koloniya ölkələrdə qaranlıq bir qarşı hücum çağı başlayacaq, işçi sinifinin və əzilənlərin boğazlarına yapışılacaq və beynəlxalq kommunizmin bütün cəbhələri itiriləcək. (İosif Stalin)
  • Əgər düşmən təslim olsa, hər şey yaxşı və olması lazım olduğu kimidir. Əgər təslim olmağı rədd edirsə, onu biz təslim etməliyik. (İosif Stalin)
  • Əsl böyüklük, özünə hakim olmaqdır. (Daniel Defo)
  • Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. (Fransua de Laroşfuko)
  • Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir. (Fransua de Laroşfuko)
  • Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. (Fransua de Laroşfuko)
  • Ən comərdcə verilən şey öyüddür. (Fransua de Laroşfuko)
  • Əgər başqalarını aşağı görməsəydik başqalarının yüksəkdən baxmalarından şikayətlənməzdik. (Fransua de Laroşfuko)
  • Əsil dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. (Fransua de Laroşfuko)
  • Əsil sevgini tapmaq çox çətindir, amma əsil dostluğu əldə etmək ondan da çətindir. (Fransua de Laroşfuko)
  • Əgər əvvəlcə harada olduğumuzu və hara meylimiz olduğunu bilsək, nə etməmiz lazım olduğunu və necə edəcəyimizi yaxşı qiymətləndirə bilərik. (Avraam Linkoln)
  • Əgər sən, qüsursuz olsaydın başqalarının qüsurlarını tapıb çıxarmağa bu qədər maraqlı olmazdın. (Anton Çexov)
  • Əziyyət çəkəndə əylənirəm. Bu mənim köhnə adətimdir. (Salvador Dali)
  • Ən atəşli inqilabçını alın, ona mütləq iqtidar verin, bir il içində Çardan daha betər olacaq. (Mixail Bakunin)
  • Əgər oy haqqı bir şeyi dəyişdirə biləcək olsaydı, o haqq da verilməzdi. (Mixail Bakunin)
  • Əslində heç bir şey yaxşı və ya pis deyil. Hər şey bizim onlar haqqında düşündüyümüzə bağlıdır. (Uilyam Şekspir)
  • Ən çox peşman olduğum şey; peşman olacağam deyə edə bilmədiklərim və toxuna bilmədiklərimdir. (Uilyam Şekspir)
  • Ən yaxşını tapmaq istəyərkən yaxşını da itiririk. (Uilyam Şekspir)
  • Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur. (Uilyam Şekspir)
  • Əgər insanlar Tanrı olsaydı, özlərini demokratik olaraq idarə edə bilərdilər. İnsanlar Tanrı olmadıqlarına görə, mükəmməl bir dövlət insanlara görə deyil. (Jan Jak Russo)
  • Əgər hamının mənafeyinin kəsişdiyi nöqtə olmasaydı cəmiyyət haqqında danışmağa lüzum olmazdı. (Jan Jak Russo)
  • Ən fəzilətli insan ruhən yüksəlməyə çalışan ən xoşbəxt insan da yüksəldiyini eşidəndir. (Sokrat)
  • Əgər bəladan qaçmaq mümkündürsə, onda nədən narazısan?
    Yox, əgər o qaçılmazdırsa, onda şikayətlənməkdən nə fayda? (Sokrat)
  • Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir. (Volter)
  • Əgər xalq tirana qarşı ayağa qalxmırsa, onda tiran xalqa qarşı dahada qəddarlaşacaqdır. (Volter)
  • Əl vurma gücün çatmayan daşa,
    Qaldıra bilməzsən zora düşərsən. (Aşıq Ələsgər)
  • Ən qiymətli göz yaşları eşqin vergisidir. (Alfred Müsse)
  • Ən böyük fəlakət ölümdür. (Migel de Servantes)
  • Əgər biliklər qaydaya salınmayıbsa, nə qədər çox bilsən, təfəkkür o qədər zəif olacaqdır. (Herbert Spenser)
  • Ən gediş-gəlişli hərəkət çox vaxt tarixin dalanlıqlarında olur. (Toynbi)
  • Əgər ölkəmə faydalı olacaq, digər ölkələri məhv edəcək bir şey bilsəm Şahzadə`mə təklif etmərəm; Çünki mən öncə bir insanam, sonra bir Fransızam. Mən zəruri olaraq insan doğuldum və təsadüfən Fransız oldum. (Şarl Lui Monteskyö)
  • Əvvəllər, bir ölkəyə qarşı döyüşmək üçün əsgər axtarılardı. Bu gün, əsgərləri döyüşdürmək üçün ölkə axtarılır. (Şarl Lui Monteskyö)
  • Ərlərin eşqi gözəlliyi təyin etməyin meyarıdır. Gözəlliyin üzərindəki pərdəni parçalayan bu eşq, eyni zamanda onu pərdələyər. (Məhəmməd İqbal)
  • Əgər diqqətli olmazsanız, mediya sizin yaxşı insanlara nifrət etməyinizi və pis insanları sevməyinizi sağlar. (Malkolm X)
  • Ən yaxşı nəsihət: yaxşı örnək olmaqdır. (Malkolm X)
  • Əgər uğrunda ölməyə hazır deyilsinizsə, "azadlıq" sözünü lüğətinizdən çıxarın. (Malkolm X)
  • Əgər planlaşdırılıbsa, darıxdırıcır. (Freddi Merkyuri)
  • Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar. (İmam Kazım)
  • Əzabkeşlərin qanı Kilsə ağacını sulayır. (Tertullian)
  • Əsas olan ağıllı olmaq deyil, ağlı yerində və zamanında işlədə bilməkdir. (Rene Dekart)
  • Əgər həqiqəti həqiqətən bilmək istəyirsənsə, həyatında bir dəfə olsun bütün şeylər haqqında şübhə et. (Rene Dekart)
  • Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir! (Bencamin Franklin)
  • Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir! (Bencamin Franklin)
  • Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir! (Bencamin Franklin)
  • Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar! (Bencamin Franklin)
  • Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə. (Bencamin Franklin)
  • Əgər pulun dəyərini bilmək istəyirsənsə, get birindən borc istə. (Bencamin Franklin)
  • Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. (Bencamin Franklin)
  • Əgər asudəlik istəyirsənsə,
    vaxtını hədər yerə itirmə. (Bencamin Franklin)
  • Ən çox bir il davam edir iyirminci əsrlərdə ölüm ağrısı. (Nazim Hikmət)
  • Əflatunu sevirəm, amma gerçəyi daha çox sevirəm. (Aristotel)
  • Ədalət ilkin dövlətdən gəlməlidir. Çünki hüquq, dövlətin ictimai nizamıdır. (Aristotel)
  • Ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. (Con Drayden)
  • Ən çox batan yaxşı üzənlər olur. (Tomas Fuller)
  • Əgər İskəndər olmasaydım, Diogen olardım. (Makedoniyalı İsgəndər)
  • Əgər rəqib güclüdürsə, onda sənin fəaliyyətin onun düşüncəsinin sərhədlərindən kənara çıxmalıdr. (Bernar Verber)
  • Əgər insan Allahın iradəsinə tabedirsə, onda o, təbiətlə həmahəngdir. (İmmanuel Kant)
  • Əxlaq insanın xarakterində olmalıdır. (İmmanuel Kant)
  • Əgər kimsə bütləşdirilirsə və göylərə qaldırılırsa, onda digər adamlar arasında fərq itir, çünki yeganə meyar həmin bütə pərəstiş dərəcəsi olur. (İmmanuel Kant)
  • Əsl azadlıq, başqaları kimi, ya da hər kəs kimi düşünməyə məcbur olmamaq azadlığıdır. (Roza Lüksemburq)
  • Ədalətin ağlını itirdiyi yerdə fəlsəfə susar. (Deni Didro)
  • Əlindən gələnin ən yaxşısını etməyə çapaladın, ancaq uğursuz oldun. Burdan alacağın dərs: "Heç vaxt çapalama" (Homer Simpson)
  • Ən yaxşı tərbiyə - yaxşı nümunədir. (Lev Tolstoy)
  • Əmr edə bilmədiyim 10000 adamım olacağına, əmrim altında olan 10 adamım olmasını seçərəm. Ölkələr qılıncla alınar, ancaq ədalətlə qorunar. (Teymurləng)
  • Əgər kim isə sevgilidən başqa da nə haqda isə düşünə bilirsə, onun sevgisi səmimi deyil. (İbn Ərəbi)
  • Əxlaq və qəbahət tərəzinin iki müxtəlif gözündə yerləşir. Bunlardаn biri qalxarsa, digəri enər. (Platon)
  • Əmlaka bağlılıq adətən bu əmlakı öz zəhməti ilə qazanmayanlarda olur. (Platon)
  • Əhəmiyyətli olan; həyatda ən çox şeyə sahib olmaq deyil ən az şeyə ehtiyac duymaqdır. (Platon)
  • Ən müxtəlif fikirlər halqalar kimi bir-birinə calanır və tamlıq yaradır: bir də görürsən, biz özümüz də özümüz yaratdığımız bu dünyaya düşmüş oluruq. (Emerson)
  • Ən böyük zalımlar başı kəsilməmiş məzlumlar arasından çıxar. (Emil Çoran)
  • Ən yaxşı dost,məndəki ən yaxşı istiqamətləri ortaya çıxaran insandır. (Henri Ford)
  • Ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir. (Epikür)
  • Əksər insanlar var-dövlət yığmaqla dərdlərinə son qoymamış, əksinə, onları daha da çoxaltmışdır. (Epikür)
  • Əvvəlki kimi olsa eşqlər.. Qız, sevdiyi kişinin əlini tutmağa utansa. Kişi sevdiyinin gözlərinə baxmağa qıya bilməsə. (Can Dündar)
  • Əslində səhv qadın yoxdur. Yalnız tərs istiqamətdən gələn kişi vardır. Çünki eşq kişiyə yaraşar, qadın onsuz da eşqdir. (Can Dündar)
  • Əgər indiki vaxtda eşqlər həmişə saxtadırsa. Ya insanlar saxta eşqlərlə birlikdə olur, ya da birlikdə olduğu eşqləri saxtalaşdırır. (Can Dündar)
  • Əgər öz ad-sanına hörmət edirsənsə yaxşı keyfiyyətli adamla otur-dur çünki, tək olmaq pis dostluqdan yaxşıdır. (Corc Vaşinqton)
  • Ərdəm və pis xasiyyət, sənətçinin sənətinin vəsaitidir. (Oskar Uayld)
  • Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər! (Oskar Uayld)
  • Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə siyasət meydanı sizin üçün bağlıdır. (Oskar Uayld)
  • Əgər bir insan bir kitabı oxuduqdan sonra, onu təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə heç bir dəyəri yoxdur. (Oskar Uayld)
  • Ərəblər, bizim uşaqlarımızdan nifrət etdiklərindən çox öz uşaqlarını sevdikləri vaxt döyüşməyi buraxacaqlar. (Qolda Meir)
  • Əgər Ayda belə bir kasıb varsa, biz mütləq orada gedəcəyik. (Tereza Ana)
  • Əgər onlar acdırlarsa onlara yemək verin, əgər onların çılpaqdırlarsa onları geyindirin, əgər onlar xəstədirlərsə onları hərgün ziyarət edin, əgər onlar evsizdirlərsə onlara bir ev verin. (Tereza Ana)
  • Əsəbi olduğum vaxtlarda heç bir qərar qəbul etmirəm. (Uinston Çörçill)
  • Əgər Hitler cəhənnəmə getsə, mən şeytanın şərəfinə mədhiyyə oxuyaram. (Uinston Çörçill)
  • Əgər nəyə isə təəccüblənə bilirsinizsə, deməli, hələ cavansınız. (Uinston Çörçill)
  • Əgər dostum düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam etdirmək olmaz. (İbn Sina)
  • Əslində bütün insanları sevə bilərdim, sevməyə səndən başlamasaydım. (Can Yücəl)
  • Əhəmiyyətsiz hesab edirəm artıq hər bir şeyi və istəmirəm kimsəni yanımda. Hər gələn bir az daha ağrıdıb gedir onsuz da. (Can Yücəl)
  • Ən böyük fəziləti ağıl olan adamın dünyası ağılla dərk edilə bilən şeylərlə məhdudlaşır. (Cəlaləddin Rumi)
  • Əlaqələndirmə şurasının sədri öz əlaqəsiz çıxışında göstərdi ki... (Xudu Məmmədov)
  • Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır. (Xudu Məmmədov)
  • Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar. (Hüseyn Cavid)
  • Ədəbiyyat millətdəki əhvali-ruhiyyənin inikası deməkdir. (Hüseyn Cavid)
  • Əslində ağıllı bir insan, bunu siz də çox yaxşı bilirsiniz, quldur olub cəmiyyətə yalnız şiddətlə hökm etmənin xəyalini qurar. Bu da bəzi romanlarda oxuduğumuz qədər asan olmadığından, ümumiyyətlə siyasətə girilər, ən zalım partiyaya qaçılır. Ağılımızı ayaq altına alırmışıq, nə əhəmiyyəti var, deyilmi? Beləcə dünyaya hökm edə bildikdən sonra.. İçimdə zülmlə əlaqədar şirin xəyallar tapırdım. (Alber Kamyu)
  • Əxlaqa dair nə bilirəmsə bunu futbola borcluyam. Çünki top heç bir zaman gözlədiyim küncdən gəlmədi. (Alber Kamyu)
  • Ədalət olmadan nizam olmaz. (Alber Kamyu)
  • Ən aciz şəxs insanlar arasında dostu olmayandır, onlardan da acizi dostu olub onu itirənlərdir. (Əli bin Əbu Talib)
  • Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir. (Əli bin Əbu Talib)
  • Əslində pis insan yoxdur həyatın heç bir mərhələsində, hər insan hüzur verər; kimi gəldiyində, kimi getdiyində. (Qabriel Qarsia Markes)
  • Əsl dost o kəsdir ki, əlindən tutub qəlbini hiss edəcək. (Qabriel Qarsia Markes)
  • Əhəmiyyətli olan, həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır. (Qabriel Qarsia Markes)
  • Əgər ona bir şans daha verirsənsə, özünü bir daha aldatmağı gözə alırsan deməkdir. (Qabriel Qarsia Markes)
  • Əgər bir az ağılın varsa; xöşbəxtlik üçün istədiyin şərtləri tapa bilməyəndə, tapdığın şərtlərdə xöşbəxt olmağı bilməlisən. (Qabriel Qarsia Markes)
  • Əgər turist sezonunda isək, niyə onları ovlaya bilmirik? (Cem Yılmaz)
  • Əgər bir evin necə tikiləcəyini öyrənmək istəyirsənsə, ev tik. Heç kimə soruşma, yalnız tik. (Kristofer Uoken)
  • Əhəmiyyətli qərarları vaxtında qəbul edin. (Ceyms Uotson)
  • Əgər seminarın mövzusu sizin üçün maraqlıdırsa, birinci sırada oturun. (Ceyms Uotson)
  • Ən az idarə olunan dövlət, ən yaxşı dövlətdir. (Tomas Cefferson)
  • Ərin, yaxud arvadın tərbiyəsi onların dava-dalaşı zamanı özünü daha qabarıq göstərir. (Corc Bernard Şou)
  • Əlindən iş gələn – iş görür, iş gəlməyən – başqalarını öyrədir. (Corc Bernard Şou)
  • Əgər kvant mexanikası səni dərindən sarsıtmamışsa, deməli sən onu hələ başa düşməmisən. (Nils Bor)
  • Əgər insan dünyada tək olsaydı, ölüm haqqında heç bir təsəvvürü olmazdı. (Kondilyak)
  • Əqlin səsi gur deyil, ancaq inadkardır və eşidilməyənəcən də susmaz. (Ziqmund Freyd)
  • Əlindəki daşı atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi saymaq olar. (Ziqmund Freyd)
  • Ər demək olar ki, həmişə sevimli kişinin əvəzedicisi rolunu oynayır. (Ziqmund Freyd)
  • Əgər insan həyatın mənasıyla maraqlanmağa başlayırsa, deməli, o xəstədir. (Ziqmund Freyd)
  • Ədaləti ağılın köməyi olmadan istifadə etmək qeyri-mümkündür. (Ziqmund Freyd)
  • Əgər qanunlara hörmət edilməsini istəyiriksə, əvvəl hörmət ediləcək qanunlar düzəltmək lazımdır. (Louis Brandeis)
  • Əsərləri olmayan alim meyvə gətirməyən ağaca bənzəyir. (Sədi Şirazi)
  • Ədəb sayılsa da məclisdə susmaq
    Məsləhət zamanı danışmaq gərək
    İki şey ağıla nöqsan sayılır
    Yersiz susmaq ilə yersiz söz demək (Sədi Şirazi)
  • Əldən getməyincə dəyərini anlaya bilməyəcəyimiz iki şey var: sağlamlıq və gənclik. (Mühəmməd peyğəmbər (SƏS))
  • Əgər öz yaxşı işinə sevinib, pis işindən narahat olursansa, deməli, möminsən. (Mühəmməd peyğəmbər (SƏS))
  • Əməkçinin haqqını onun təri soyumamış ver. (Mühəmməd peyğəmbər (SƏS))
  • Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Əvvəllər suallarıma niyə cavab ala bilmədiyimi anlaya bilmirdim, indi isə sual soruşa biləcəyimə necə inana bildiyimi anlaya bilmirəm. Amma gerçəkdə inanmırdım ki, soruşurdum sadəcə. (Frans Kafka)
  • Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki? (Frans Kafka)
  • Əslində hər insan bir romandır və bir az qəhrəmandır. Gün gələr anlar ki, xərclədiyi tək şey xəyalları deyil, zamandır. (Çingiz Aytmatov)
  • Ən ali hikmət – özünü tanımaqdır. (Qalileo Qaliley)
  • Əslində mən gələcəyi heç düşünmədim və düşünmürəm çünki gələcək düşünməsək də gələcək... (Albert Eynşteyn)
  • Əgər nə etdiyimizi bilsəydik, buna araşdırma deyilməzdimi? (Albert Eynşteyn)
  • Əmrlə gələn qəhrəmanlıqdan, şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən - bütün bunlardan necə də nifrət edirəm. (Albert Eynşteyn)
  • Əgər bir adam marşla uyğunlaşma içində gedə bilirsə, o dəyərsiz bir varlıqdır. Özünə yalnız bir onurğa iliyi bəs edəcəyi halda, bir təhər səhvliklə bir beynə sahib olmuşdur. (Albert Eynşteyn)
  • Əvvəlcə oyunun qaydalarını öyrənmək lazımdır,sonra hamıdan yaxşı oynamağa başlamaq. (Albert Eynşteyn)
  • Əgər Tanrı insana yaşamağa məcbur etdiyi həyatı özü yaşamaq məcburiyyətində qalsaydı özünü öldürərdi. (Aleksandr Düma)
  • Əfəndim təxminən 200.000 nəfərlik ordu indi üstümüzə tərəf gəlir.
    Biz də onlara tərəf gedirik. (Alp Arslan)
  • Ən böyük bədbəxtlik hər şeydən narazı olmaqdır. (Lao-tszı)
  • Əgər siz öz müvəffəqiyyətlərinizi yad bir insaların tərifləri və məzəmmətləri ilə ölçürsünüzsə, sizin təşvişiniz sonsuz olacaq. (Lao-tszı)
  • Ən böyük fəth mübarizə etmədən qazanılar, ən müvəffəqiyyətli idarəçi əmr etmədən idarə edər. (Lao-tszı)
  • Ən təhlükəli yanlışlıq həqiqətə oxşayan yanlışlıqdır. (А.Amiyel)
  • Ən təhlükəli oğru vaxt oğrusudur. (C.Kolenso)
  • Əgər insanları bir şeylə razılaşdıra bilmirsənsə başlarını qarışdır. (Harri Trumen)
  • Əgər insan pulun hər şeyə qadir olduğunu söyləyirsə, onda bilin: onun pulu yoxdur, heç vaxt da olmayıb. (E. Hau)
  • Əslində hər şey, tükənən bir qələmə tükənməz dedikləri qədər yalandır. (Sunay Akın)
  • Əlindən gələni etdikdən sonra, sıra ayağından gələni etməkdə; "Getmək kimi məsələn." (Sunay Akın)
  • Ədalət kainatın ruhudur. (Ömər Xəyyam)
  • Əsl yazıçı xalqı qaranlıq dünyadan aydınlığa aparan insan olmalıdır. (Ömər Xəyyam)
  • Əgər mən başqalarından daha uzaqları görə bilmişəmsə, onda bu, yalnız nəhənglərin çiyinlərində durduğuma görə mümkün olmuşdur. (İsaak Nyuton)
  • Əgər mən uzağı görə bilmişəmsə, ancaq ona görə ki, dahilərin çiynində dayanmışam. (İsaak Nyuton)
  • Əqlin qüdrəti fikrin müəyyən istiqamətdə sürəkliliyində özünü göstərir. (İsaak Nyuton)
  • Əgər daha irəlini gördümsə, nəhənglərin çiyinlərində dayandığım üçün olmuşdur. (İsaak Nyuton)
  • Əgər başqa insanlardan mənim üçün bir şey etmələrini gözləsəydim heç bir şey edə bilməzdim. (İsaak Nyuton)
  • Ən əhəmiyyətlisi, dünyanın harasında olursa olsun hər haqsızlığı özünüzə qarşı edilmiş kimi hiss etmə qabiliyyətinizi qoruya bilmənizdir. Bu bir inqilabçının ən əhəmiyyətli xüsusiyyətidir. (Ernesto Çe Gevara)
  • Əzbərləmək xəyanətdir. (Mişel de Monten)
  • Əslində insanlar səni xəyal qırıqlığına uğratmır. Yalnız sən, səhv insanlar üzərində xəyal qurursan. (Mişel de Monten)
  • Ən cox inandığımız şeylər, ən az bildiklərimizdir. (Mişel de Monten)
  • Əsil dostlar, "iki bədəndə bir qəlb" olanlardı. (Mişel de Monten)
  • Ədalətin olmadığı yerdə əxlaq da yoxdur. (Mişel de Monten)
  • Ən çox da üç şey yorar insanı...
    Bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq. (Çak Palanik)
  • Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (Dante Aligyeri)
  • Əslində tənha ikən tənha olmuram. (Fridrix Şiller)
  • Ən böyük müdriklik özünə hakim ola bilməkdir. (Evripid)
  • Əməksiz qızıl ilə gümüş - sadəcə daşlar. (Mahatma Qandi)
  • Ədalətsiz rejimi, ədalətlə yıxın. Alqışlar önünə qansız əllə çıxın. (Mahatma Qandi)
  • Əgər həqiqətən eşidən qulaqlara sahib isək, Tanrı bizə öz dilimizdə səslənər. (Mahatma Qandi)
  • Ədalətsiz rejimi ədalətlə yıxmaq lazımdır. (Mahatma Qandi)
  • Əsas o deyil ki, insan necə ölür, əsas odur ki, insan necə yaşayır. (Samuel Conson)
  • Əvvəl siz atəş edin Mösyö Burjuaziya. (Fridrix Engels)
  • Əgər ədalətin özü olmasaydı insanların ədalətin adını bilməzdi. (Heraklit)
  • Ən böyük günah peşmanlıqdır. (Jan Pol Sartr)
  • Ədalətin dəyirmanı yavaş dönər, lakin yaxşı dönər. (Corc Herbert)
  • Ədalət və məqsədəuyğunluluq cəzada birləşdirilə bilməz. (Fukidid)
  • Əslində hamı az da olsa şansa inanır. Çünki ‘Beyinsiz' insanların müvəffəqiyyətləri başqa cür açıqlana bilməz. (Duqlas Noel Adams)
  • Əvvəllər qızlar ‘eşq adamı' axtarırdılar, indi isə adam olsun bəsdi deyirlər. (Duqlas Noel Adams)
  • Əziyyət qapısından çatılacaq dünyanı bilsəydin, yatağını yorğanını satardın. (Nəcib Fazil Qısakürək)
  • Əlimdə Türkcə kimi gözəl bir silahım var. (Cahid Sidqi Tarançı)
  • Əsla ümidsizliyə düşmə, amma düşsən də işi davam etdir. (Edmund Bark)
  • Əslində düşünməyə belə ehtiyac yoxdur. Mən özümü bilirəmsə, özünü bilməzlərin haqqımda söylədiklərinin nə əhəmiyyəti ola bilər ki? (Bob Dilan)
  • Əslində biz nə etdiksə özümüz etdik. Çünki kiçik bir əlaqəni eşq, iki söz danışanı özümüzə dost sandıq. (Bob Dilan)
  • Əslində axmaq sarışın deyə bir şey yoxdur. Sadəcə kişilərin diqqətini çəkmək üçün, saçlarını sarıya rəngləyən axmaqlar var. (Bob Dilan)
  • Ən çox o siyasətçi uğur qazanır ki, bütün düşündüklərini tez-tez və digərlərindən ucadan deyir. (Avreli Avqustin)
  • Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur. (Koko Şanel)
  • Əvəzedilməz olmaq istəyirsənsə, həmişə dəyişkən olmalısan. (Koko Şanel)
  • Əgər qadın xəyanət edirsə, məntiqli səbəb axtarmaq lazım deyil. İş məntiqdə deyil, demək ki, hisslərdədir. (Koko Şanel)
  • Əvvəllər elmin sərhədləri olan yer indi onun mərkəzidir. (Qeorq Kristof Lixtenberq)
  • Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır. (Tur Xander)
  • Ən kamil əsər ideyaya adekvat olan əsərdir. (Tur Xander)
  • Əgər hansı isə ölkədə dahilik də imitasiya oluna bilirsə, deməli, əsl dahilərə doğrudan da yer yoxdur. (Tur Xander)
  • Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər. (Tur Xander)
  • Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı. (Tur Xander)
  • Ədalət məhkəmələrinin tam müstəqilliyi məhdud konstitusiya üçün lazımlı bir qanundur. (Aleksandr Hamilton)
  • Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. (Aleksandr Hamilton)
  • Əgər kasıb doğulmusansa bu sənin səhvin deyil, əgər kasıb ölsən bu sənin səhvindir... (Bil Geyts)
  • Əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır, onu söndürsəniz hər yer zülmətə çevrilər. (Konstantin Uşinski)
  • Əlimdən gələn bir şey yox idi, ürəyimdən gələni etdim mən də; sevdim.. Bu qədər. (Ece Ayhan)
  • Əqli dərk hissi dərkdən daha güclüdür, çünki hisslər şeylərin ancaq xarici ölçülərini, əql isə həm xarici, həm də daxili ölçülərini əks etdirir. (Ş.Y. Sührəvərdi)
  • Əgər hər kəs dost sandığı kəslərin bir də öz arxasından söyləmiş olduqlarını eşitsəydi, dünyada çox az dost qalardı. (Blez Paskal)
  • Ən böyük ağrılı, ağrıtmaz zəncirlərin ağrısıdır; köləliyi qəbul etmənin, baş qaldırmaqdan imtina etmənin ağrısıdır. (Arif Nihat Asya)
  • Ən çətin islah etdiyim şey niyyətimdir (Sufyan əs-Səuri)
  • Əgər düz olduğunu bilirsənsə, heç vaxt və heç nəyi sürüyə sübut etməyə çalışma. (Marilyn Manson)
  • Əməlinin qarşılığında mükafatlandırılmağı gözləyən, muhlis deyil. (Əbdülqədir Geylani)
  • Əgər Onu bilsəydiniz başqasını inkar edər, sonra da Onun qeyrisini Onun vasitəsiylə bilərdiniz. (Əbdülqədir Geylani)
  • Ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, mumdan pətək hazırlamamışdan öncə o onu öz beynində artıq hazırlayıb. (Karl Marks)
  • Əgər işdən çıxardılmısınızsa 100 % işsizsiniz deməkdir. (Corc Uoker Buş)
  • Əgər tribunadan sahəyə enməsəniz, təəssüf ki, biri çıxar, fiti çalar, 'Oyun bitdi, hər kəs evinə' deyər. (Bülənt Əcəvit)
  • Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy. (Pifaqor)
  • Əgər soruşsalar Allahlardan əzəl kim olub, Cavab ver: qorxu və ümid. (Pifaqor)
  • Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. (Qabriel Marsel)
  • Əsrlər itirdik illər içində,
    Qanqallar bitirdik güllər içində,
    Çaqqallar dolaşır ellər içində,
    Aslanlar, pələnglər daş qəfəsdədir,
    Bakının dərdi var, Bakı xəstədir. (Baba Pünhan)
  • Əxlaqlılığın ən böyük düşməni duyğusuzlaşmaqdır. (Albert Şveytser)
  • Əhəmiyyətli olan yaşamaq deyil, bacarmaq heç deyil. Əhəmiyyətli olan insan qalmağı bilməkdir. (Corc Oruell)
  • Əsl dahilik , natamamlıqda titrəyiş etmək üçün hər şey demək varkən adətən sakitliyi üstün tutmaqdır. (Edqar Allan Po)
  • Əsl şövqdə natiqlik istedadı var. (Edqar Allan Po)
  • Ən təmiz, ən yüksələn və ən gərgin həzz gözəlliyin seyr edilməsindən yaranir. (Edqar Allan Po)
  • Əxlaq gözəllik libasında meydana çıxmalıdır. (Georq Vilhelm Fridrix Hegel)
  • Əxlaq - bu iradənin ağılıdır. (Georq Vilhelm Fridrix Hegel)
  • Əxlaqsız münasibətlərdən uşağa qul kimi olan münasibət ən əxlaqsızıdır. (Georq Vilhelm Fridrix Hegel)
  • Ən vəfakar dostumuz kölgəmizdir, amma unutma ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyir. (Georq Vilhelm Fridrix Hegel)
  • Əhəmiyyət verməmək əhəmiyyət verilməyi gətirər. (Artur Şopenhauer)
  • Əgər pisliyə inanırsansa, deməli bunu etmisən. (Alfred de Müsse)
  • Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırdı. (Rabindranat Taqor)
  • Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. (Heydər Əliyev)
  • Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. (Heydər Əliyev)
  • Ən gözəl şeirlər, mənalarını oxucunun ruhundan alan şeirlərdir. (Əhməd Haşim)
  • Əti dadan it, artıq quru çörəyə dönməz. (Əhməd Haşim)
  • Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. (Napoleon Bonapart)
  • Əgər dünya tək bir ölkə olsaydı, paytaxtı İstanbul olardı. (Napoleon Bonapart)
  • Əvvəllər xəyallarımız vardı, gerçəkləşdirməyi umduğumuz. İndi gerçəkləşdirmək bir yana, uma bilmək ən böyük xəyalımız oldu. (Pablo Neruda)
  • Əsla eşq acısı çəkən birinə aşiq olmayın. O adam yaralıdır və yara bantı kimi sizi istifadə edər. (Pablo Neruda)
  • Əslində qadın kişinin onu bəyənən baxışlarından çox, həmcinsinin qısqanclıq dolu baxışlarını görəndə gözəl olduğuna əmin olur. (Pablo Neruda)
  • Əgər elektrik kəşf olunmasaydı, biz televizora qaranlıqda baxmalı olardıq. (Müəmmər əl-Qəzzafi)
  • Əsl iqtidarın kitabda olduğunu gördükdən sonra, hökmdarlar da qələmə sarılıb kitab yazmağa başladılar. (Alfred De Viqni)
  • Ən çətini özünü dərk etmək, ən asanı isə – başqalarına məsləhət verməkdir. (Fales)
  • Əlində yumşalsa dəmir, bunu bil,
    Tədbirlə yumşalar, hiddətlə deyil. (Nizami Gəncəvi)
  • Əlində yumşalsa dəmir, onu bil,
    Tədbirlə yumşalar, hiddətlə deyil. (Nizami Gəncəvi)
  • Ən böyük xəyallar hər vaxt həqiqi deyil. (Uill Smit)
  • Əzab qaçılmazdır, vicdan əzabı isə bir seçimdir. (Haruki Murakami)
  • Əgər hər kəsin oxuduğu kitabları oxuyursansa, hamının düşündüyü şeyləri düşünürsən. (Haruki Murakami)
  • Əgər tünd bir qaranlığın içindəsinizsə, edə biləcəyiniz tək şey gözləriniz qaranlığa öyrəşənə qədər dayanıb gözləməkdir. (Haruki Murakami)
  • Əgər heç kim səni satın almaq istəmirsə təmiz adam olmaq hələ igidlik deyil. (Mark Tulli Siseron)
  • Ən tez quruyan göz yaşıdır. (Mark Tulli Siseron)
  • Əsl bir dahini tanımaq heç də çətin deyildir. Dünyanın bütün axmaqları ona qarşı birləşirlər. (Conatan Svift)
  • Əgər keçmişə atəş açsan, gələcək səni topa tutacaqdır. (Otto fon Bismark)
  • Əgər müşahidə edə bilmirsinizsə, tibb bacısı olmaqdan imtina edin. (Florens Naytinqeyl)
  • Ən uca və ən dərin sevgi, ana sevgisidir. (Lüdviq Feyerbax)
  • Əgər iki nəfər arasında qalırsınızsa; İkincini seçin. Çünki birincini həqiqətən sevsəydiniz, ikincisi Olmazdı. (Çarlz Bukovski)
  • Əsl xəsis, salam verməkdə xəsislik edən kimsədir. (İmam Hüseyn)
  • Əgər alim Bilmirəm kəliməsi barədə qafil olarsa özünü həlak etmiş olar (Imam Məlik)
  • Ətrafımda qaranlıq kölgələr sıxlaşsa da, içimdəki işıq sönməmişdir. (İohann Volfqanq Göte)
  • Ən böyük çətinliklər onları gözləmədiyimiz yerdən çıxır. (İohann Volfqanq Göte)
  • Ən yaxşı rəhbərlik öz özümüzü idarə etməyi bizə öyrədə biləcək rəhbərlikdir. (İohann Volfqanq Göte)
  • Ən yaxşı dövlət nədir? Bizə özümüzü idarə etməmizi öyrədəndir. (İohann Volfqanq Göte)
  • Ən mükəmməl qadın, uşaqlarına atalarının yoxluğunda ata ola biləcək qadındır. (İohann Volfqanq Göte)
  • Əlində hava, işıq və dost sevgisi qaldısa kədər çəkmə. (İohann Volfqanq Göte)
  • Əgər Tanrı başqa cür olmağımı istəsəydi,məni başqa cür yaradardı. (İohann Volfqanq Göte)
  • Əslində insanlar, bəzən günahkar olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşısındakı sussun deyə üzr istəyərlər. (Paulo Koelyo)
  • Əgər sevmədiyin insanların üzünə baxmaq məcburiyyətindəsənsə və istəsən də qaça bilmirsənsə; 'Gülümsəyərək ağlamağı öyrənirsən deməkdir'. (Paulo Koelyo)
  • Əgər heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, heç vaxt olmadığın birisi olmalısan. (Paulo Koelyo)
  • Əgər bir hekayəni hələ də danışırsansa, ondan hələ xilas ola bilməmisən demək ki. (Paulo Koelyo)
  • Əxlaq mövzusunda inandığım qanun budur; bir şeyi etdikdən sonra özünü yaxşı hiss edirsənsə o əxlaqidir; əgər özünü pis hiss edirsənsə o qeyri əxlaqidir. (Ernest Heminquey)
  • Ən müdrik adamın da nəyi isə öyrənməyə ehtiyacı var. (Santayana)
  • Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir. (Santayana)
  • Əmək sevincdir, tənbəllik isə ağır bəla. (Abay Kunanbayev)
  • Əgər həyatı gözləməklə keçirmək lazım gələcəksə, onu yaşamağa dəyməz. (Feyxtvanqer)
  • Ədaləti çox sevsək də,
    ədalətli insanları o qədər də sevmirik. (Jozef Roux)
  • Əgər hər hansı bir şeyi sınamaq üçün cəsarətimiz olmasa həyatımız necə olar? (Vinsent van Qoq)
  • Əgər bir adam həqiqətən yaşamaq istəyirsə, işləməsi və cəsarətli olması lazımdır. (Vinsent van Qoq)
  • Əgər edə biləcəyimiz hər şeyi etsəydik sözün tam mənasıyla özümüzə heyrət edərdik. (Tomas Edison)
  • Əsl səhvlər düzəldilə bilməyən səhvlərdir. (Konfutsi)
  • Əsl bilik – bildiyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir. (Konfutsi)
  • Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı. (Frensis Bekon)
  • Ədalətsizlik – mərdin ibadət məqamında namərdin əlinə qılınc verməkdir. (Əbu Turxan)
  • Əsli-nəcabəti bəlli olmayan yeni biliyi heç bir nüfuzlu elmi təlim öz ailəsinə qəbul etmək istəmir. (Əbu Turxan)
  • Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır. (Əbu Turxan)
  • Əsl sənət hiss və duyğunu necə yaranıbsa, eləcə – hələ öz təravətini itirmədən, öz bakirəliyində təqdim edir. (Əbu Turxan)
  • Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. (Əbu Turxan)
  • Ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. (Əbu Turxan)
  • Ən gözəl nitq ən qısa nitqdir. (Əbu Turxan)
  • Ən geniş yayılmış inam – əqlə inamdır. (Əbu Turxan)
  • Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər. (Əbu Turxan)
  • Ən mahir müəllif də yetkin olmayan bir dildə yetkin əsər yaza bilməz. (Əbu Turxan)
  • Əsl sənətkar ancaq demək istədiyini deyə biləndir. Amma əksər hallarda əsərdə müəllifin iradəsindən asılı olmayan çoxlu sayda yan-yörə var. (Əbu Turxan)
  • Əsl siyasətçi susaraq nə isə deməyi və danışaraq heç nə deməməyi bacarmalıdır. (Əbu Turxan)
  • Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır. (Əbu Turxan)
  • Ən güclü insan da mühitin təsirlərinə məruz qalır. (Əbu Turxan)
  • Ən pis xəstəlik qorxaq xəstəlikdir; həkimi görəndə gizlənir. (Əbu Turxan)
  • Əsl qalib yüz dəfə qalib gələn yox, axırıncı qalib gələndir. (Əbu Turxan)
  • Ən böyük iradə özünü yenidən yaratmaq əzmində təzahür edir. (Əbu Turxan)
  • Əlindən iş gəlməyinin başına iş gələr. (Əbu Turxan)
  • Əqlə yiyələnmək yox, əql vasitəsilə biliklərə yiyələnmək lazımdır. (Əbu Turxan)
  • Əgər dostun səndən aşağıdırsa, sən həqiqi dost deyilsən; əgər yuxarıdırsa, – o həqiqi dost deyil. (Əbu Turxan)
  • Əsl kişi hətta bu günün cazibəsində olarkən də, sabahı düşünə bilir. (Əbu Turxan)
  • Əgər istəyirsənsə izdivacın göyün yeddinci qatında olsun, əvvəlcə uçmağı öyrən. (Əbu Turxan)
  • Əgər bircə şəxsin də qəlbində milli ruh hələ yaşayırsa, deməli, bu millət üçün ümidimizi kəsməməliyik. (Əbu Turxan)
  • Ərazi o zaman vətənə çevrilir ki, milli ruhla canlanmış olsun. (Əbu Turxan)
  • Ən sərt adamın da içində bir uşaq yatır. (Əbu Turxan)
  • Əgər danışsaydı, ölümlə də dil tapmaq olardı. (Əbu Turxan)
  • Əbədiyyət insanın içindədir! (Əbu Turxan)
  • Əzm nə qədər böyük olsa, məqsədə aparan yol bir o qədər qısa olar. (Əbu Turxan)
  • Əsl həyat doğulma və canlanma proseslərinin bütöv bir silsiləsidir. (Əbu Turxan)
  • Əql ilə sərinləşdirilməyən qızğın məhəbbət buxarlanıb uçacaq. (Əbu Turxan)
  • Əyri adam içindəki xəyanəti gizlətmək üçün fürsətdən istifadə edib sədaqətli olduğunu isbat edir.
    Düz adam isə buna ehtiyac duymadığından həmişə şübhəli qismində qalır. (Əbu Turxan)
  • Əgər ilk məhəbbət qəlbin bütün guşələrini işıqlandıra bilməyibsə, deməli, ilk məhəbbətlər hələ çox olacaq. (Əbu Turxan)
  • Əgər su da təmiz deyilsə, yuyunmağın nə faydası? (Əbu Turxan)
  • Ədalət yolu abadlığa aparır, amma yolun özü çox vaxt daşlı-kəsəkli olur. (Əbu Turxan)
  • Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir. (Əbu Turxan)
  • Əgər içindəki işıq ətrafı işıqlandıra bilmirsə, o da sönmüş kimidir. (Əbu Turxan)
  • Əsl kişinin məhəbbət ovu qadın qəlbində sığınacaq tapmaq deyil, bu qəlbi bütövlükdə fəth etməkdir. (Əbu Turxan)
  • Ədalətli müharibə təhqiramiz sülhdən yaxşıdır. (Əbu Turxan)
  • Əbədiyyətə qovuşmaq – onun dilini öyrənmək və hərdən bir onu dinləməkdir. (Əbu Turxan)
  • Əyri işıq yerə kölgə saldığı kimi, əyri işlər də ürəyə kölgə salır. (Əbu Turxan)
  • Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt ayrılmamışdır. (Əbu Turxan)
  • Əsl sevgi kitabı oxumaqla qurtarmır.
    Hər dəfə yeni fəsillər, yeni səhifələr açılır. (Əbu Turxan)
  • Əgər insan dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını da kəşf edə bilməz. (Əbu Turxan)
  • Ədəbiyyat xalqın maddiləşmiş yaddaşıdır. (Uilyam Folkner)
  • Əgər dünya əhli öz ağlından istifadə etsəydi, dünya viran qalardı. (İmam Həsən Əskəri)
  • Ən az rahatlığı olan insan, kin bəsləyən şəxsdir. (İmam Həsən Əskəri)
  • Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır. (Firidun bəy Köçərli)
  • Əqli-kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən, üstündə yağış yağmış xam torpaq kimi canlanar. (Əbül Fərəc)
  • Ədalət yer üzündə Allahın tərəzisidir. (Hz. Əbu Bəkr)
  • Əbədi suallara adətən müvəqqəti cavablar verilir. (Leşek Kumor)
  • Əgər aforizm izah tələb edirsə, onda o, pis aforizmdir. (Vovenarq)
  • Ən şirin meyvə öz zəhmətimizin meyvəsidir. (Vovenarq)
  • Əlbəttə, fəlsəfə ağlın qüdrəti,
    Bir də ürəklərin saf məhəbbəti! (Səməd Vurğun)
  • Əqlin ən böyük zəifliyi onun gücünə inamsızlıqdır. (Vissarion Belinski)
  • Əmək inası nəcibləşdirir, onu xeyirxah edir. (Vissarion Belinski)
  • Əqidə yalnız həqiqi olduğuna görə qiymətli hesab edilməlidir. (Vissarion Belinski)
  • Ədəbiyyat-xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir. (Vissarion Belinski)
  • Əvvəl sevdiyiniz tərk edər sizi, arxasından yuxunuz... Sonra nə sevdiyiniz gələr geri, nə də yuxunuz. (Camal Sürəya)
  • Ən mənalı baxış, bir cüt yaş gözdə gizlidir. Çox şey izah edər; Çünki dil bağlanar, ürək danışar. (Milan Kundera)
  • Ən çox xətrinə dəydiklərimiz, əslində ən çox sevdiklərimiz olması nə qəribədir... (Milan Kundera)
  • Əgər qış, "baharı ürəyidə saxlayıram desəydi", ona kim inanardı?! (Xəlil Cibran)
  • Əsl böyük insan odur ki, nə idarə edər, nə də idarə olunar. (Xəlil Cibran)
  • Ən ləng insan da, əgər məqsədli iş görürsə, məqsədsiz dolaşan insandan daha cəld gedir. (Doris Lessinq)
  • Əşyanın gözəlliyi onu görənin zehnindədir (Devid Yum)
  • Ər-arvad bir yerdə yaşamasaydılar, uğurlu nikahlara daha tez-tez rast gəlmək olardı. (Fridrix Nitsşe)
  • Ən insani davranış - bir insanın utanılacaq bir vəziyyətə düşməsinin qarşısını almaqdır. (Fridrix Nitsşe)
  • Əgər Marsda əvvəl həyat var idi, bu mənə gəribə gəlməzdi, lakin o [Marsda həyat], gördüyüm kimi, kapitalizmə gədər gəlib çatdı, kapitalizm zühur oldu və bu planeti məhv etdi. (Uqo Çavez)
  • Əvvəllər eşqindən yataqlara düşənlər varıydı, indi də eşq deyə yatağa düşənlər var. (Yılmaz Ərdoğan)
  • Əslində tək problemimiz; hələ onunla tanış olalı bir neçə gün olmuşkən ona 'səni sevirəm' deyə bilməmizdir. (Bob Marli)
  • Əgər bu həyatda mütləq qiymət bilmək lazımdırsa, yalnız öz qiymətini bil. Boşver! Necəsə hər yuxu günəşlə sonlanır. (Bob Marli)
  • Əslində davamlı təbəssüm edənlər, içdən içə acı çəkənlərdir.. Unutma, hər gülən üz xoşbəxtlik ifadəsi deyil! (Bob Marli)
  • Əvvəl çörək, sonra əxlaq. (Bertolt Brext)
  • Əvvəlcə sevgini anlayaq. (Şəms Təbrizi)
  • Əgər sussan danışmağın daha işıqlıq olar.Çünkü sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir. (Şəms Təbrizi)
  • Əski parça bez olmaz. (Dədə Qorqud)
  • Əsla düşünmədən addım atmamalı; Atacağın hər addımın qalar adı. (Beydullah İmzaoğlu)
  • Əvvəl çalışın sonra dincəlin. (Aleksandr Puşkin)
  • Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov sonra tüstü. (Nikola Şamfor)
  • Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır. (Nikola Şamfor)
  • Əqidə ağlın vicdanıdır. (Nikola Şamfor)
  • Ən qəddar düşmənin yalnız keçmiş dostun ola bilər. (Andre Morua)
Top