• Bacarsan hamının yükünü sən çək
    İnsana ən böyük şərəfdir əmək.
    Sən də əldən düşüb yorulsan əgər
    Sənin də yükünü bütün el çəkər. (Nizami Gəncəvi)
  • Bütün vaxtınızı işə həsr etmək tənbəllikdir (Frensis Bekon)
  • Dünyada nə qədər kitab var belə
    Çalışıb əlləşib gətirdim ələ
    Oxudum, oxudum, sonra da vardım
    Hər gizli xəznədən bir dürr çıxardım. (Nizami Gəncəvi)
  • Lazım olan bir sənəti axtar sən
    Veyil-veyil dolanmaq çox yamandır.
    Lazım olan bir sənəti tapdınmı
    Möhkəm yapış, əldən vermə, amandır. (Əbdürrəhman Cami)
  • Oturub dil tökəcək yerdə gedib tökməli tər,
    Min çalış qayən üçün, bir qazan ömründə yetər!
    Aləmdə ziya qalmasa, xəlq etməlisən, xəlq,
    Ey əlləri böyründə yatan, şaşqın adam, qalx! (Mehmet Akif Ərsoy)
  • Rahət əziyyətdədir;
    Şad yaşamaq səydə, qeyrətdədir. (Mirzə Ələkbər Sabir)
Top