Saytımızda yerləşən aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
- Amal uğrunda ölmək-əbədi yaşamaqdır. (Şeyx Məhəmməd Xiyabani)
- Bir mərd ilə ağı yesən şirindir
Yüz namərdlə şəkər yesən dad olmaz. (Aşıq Ələsgər)
-
- Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır. (Məmməd Səid Ordubadi)
- Çox xırdalar bərk ayaqda qeybə çəkilir;
Böyük dərdlə vuruşana böyük deyildi. (Məmməd Araz)
- Döyüş meydanında can versə insan
Xoşdur, namərdliklə qoyub qaçmaqdan. (Sədi Şirazi)
- Tut ki Əli'dən miras qaldı sənə Zülfiqar,
Səndə Əli'nin ürəyi yoxsa Zülfiqar nəyə yarar? (Cəlaləddin Rumi)