• Ağıl qüvvət üçün sükandır. (Əbu Turxan)
  • Ağıl sonradan ah çəkmək üçün deyil; düşünüb tədbir görmək üçündür. (Cəlaləddin Rumi)
  • Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir. (Sədi Şirazi)
  • Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır. (Fyodor Dostoyevski)
  • Ağıllı öyrənməyi, axmaq isə öyrətməyi xoşlayır. (Anton Çexov)
  • Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır. (Cəlaləddin Rumi)
  • Ağıllılar axmaqlardan daha çox öyrənir, nəinki axmaqlar ağıllılardan. (Böyük Katon)
  • Axmaq – insanların onu yaxşı tanımadıqlarından, ağıllı isə, əksinə, özünün insanları tanımadığından şikayətlənir. (Konfutsi)
  • Axmaq adam sussa yaxşıdır.
    Amma o, bunu bilsəydi, axmaq olmazdı. (Sədi Şirazi)
  • Axmaqlara veriləcək cavab sükutdur. (Cəlaləddin Rumi)
  • Başqasının sirrini vermək satqınlıq, özünün sirrini vermək isə axmaqlıqdır. (Volter)
  • Bəzən sığınacaqların özü ən böyük təhlükəyə çevrilir. (Əbu Turxan)
  • Cahillər çoxalan zaman ariflər qərib olur. (Əli bin Əbu Talib)
  • Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir. (Platon)
  • Cəsuru qorxudan boş güllə ən böyük qorxağı qorxutmaya da bilər. (Fridrix Nitsşe)
  • Çox vaxt gücsüzlüyü və süstlüyü səbir zənn edirlər. (L.Habbard)
  • Daha mürəkkəb olan daha kövrək olur. (Əbu Turxan)
  • Dünyanın ən böyük qorxağı olduğumu etiraf edirəm, çünki pis bir iş görməyə cəsarət edə bilmirəm. (Ksenofont)
  • Əl vurma gücün çatmayan daşa,
    Qaldıra bilməzsən zora düşərsən. (Aşıq Ələsgər)
  • Əlində yumşalsa dəmir, bunu bil,
    Tədbirlə yumşalar, hiddətlə deyil. (Nizami Gəncəvi)
  • Ən böyük iradə özünü yenidən yaratmaq əzmində təzahür edir. (Əbu Turxan)
  • Ən güclü insan da mühitin təsirlərinə məruz qalır. (Əbu Turxan)
  • Əsl qalib yüz dəfə qalib gələn yox, axırıncı qalib gələndir. (Əbu Turxan)
  • Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır. (Əbu Turxan)
  • Güclü ehtiraslar altında çox vaxt zəif iradə gizlənmiş olur. (V.O. Klüçevski)
  • Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin. (Mühəmməd peyğəmbər (SƏS))
  • Güclülərin nikbin olmağa haqqı var. (Q.Mann)
  • Heç nəyə heyrətlənməmək ağıl yox, axmaqlıq əlamətidir. (Fyodor Dostoyevski)
  • Hikmət və nadanlıq insan zəkasının iki nəhayətsiz qütbüdür. (Əbu Turxan)
  • Hikmətlə tənzimlənməyən kobud qüvvə öz məxsusi ağırlığı altında məhvə məhkumdur. (Horatsi)
  • Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir. (Əbu Turxan)
  • Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur. (Heydər Əliyev)
  • Mərd adam şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir. (Ömər Xəyyam)
  • Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana. (Sədi Şirazi)
  • Nadanın savadlı adama nisbətdə böyük üstünlüyü var: o həmişə özündən razıdır. (Napoleon Bonapart)
  • Nə zaman ki, zəifliklərimizi bilirik, artıq bizə onlardan ziyan gəlməz. (Qeorq Kristof Lixtenberq)
  • Özündən daha qaba gücə rast gəlməyincə ağıl yada düşmür. (Əbu Turxan)
  • Özünü ələ almağı bacaran insan hamıdan güclüdür. (Kiçik Seneka)
  • Özünün axmaq olduğunu bilən insan artıq o qədər də axmaq deyil. Tənbəl isə tənbəl olduğunu bilə bilər, ondan şikayətlənər, amma yenə tənbəl olaraq qalar. (J.Renar)
  • Qüdrətli olmaq zəifi öz səviyyənə qaldıra bilməkdir. (Rabindranat Taqor)
  • Ruhlar güclü olanda idarə edir, zəif olanda isə onları başqaları yönəldir. (Cübran)
  • Savaş zamanı döyüşənlərdən daha çox qaçanlar ölür. (Selma Lagerlöf)
  • Silah zəiflə güclü arasında fərqi aradan götürür. (Əbu Turxan)
  • Sivilizasiyanın ən böyük xidməti insana düşünməyi öyrətməkdir. (Tomas Edison)
  • Uçuruma uzun müddət baxsan, o uçurum sənin içindən baxar. (Fridrix Nitsşe)
  • Zavallı olmaq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır. (Əbu Turxan)
  • Zəif iradələr güclü iradənin təsir dairəsinə düşəndə tərksilah olur və insan öz simasını itirir. (Əbu Turxan)
  • Zəiflər heç vaxt bağışlamır. (Mahatma Qandi)
  • Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır. (Əbu Turxan)
  • Zoru düzgün dəyərləndirəndə, onu zərərsizləşdirmək də asan olur. (Əbu Turxan)
Top