Saytımızda yerləşən aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
                
                    
                    
                
                
            
    
    
        
            
        
     
    
    
        
            
                
                    
                        
                                - Başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır. (R.Rollan)
 
                                - Böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq şərt deyil; bunu onlarla bir yerdə də etmək olar. (Şarl Lui Monteskyö)
 
                                    - 
                                        
                                            
                                            
                                            
                                            
                                        
                                     
                                - Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. (Əbu Turxan)
 
                                - Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar. (Tur Xander)
 
                                - Bütün dahilər bir az dəlidir. (Aristotel)
 
                                - Bütün dahilər bir-birinə doğmadırlar. (Əbu Turxan)
 
                                - Bütün sular ləpələnə bilər, dalğa isə ancaq dəryada olur. (Əbu Turxan)
 
                                    - 
                                        
                                        
                                    
 
                                - Dağlar zirvədə tənha olsalar da, təməlləri birdir. (Əbu Turxan)
 
                                - Dahi insanlar yüksəklərdə uçurlar və qartallar kimi əlyetməz ucalıqda yuva qurub tənha yaşayırlar. (Artur Şopenhauer)
 
                                - Dahi şəxslər mühitini öz qəlbində gəzdirir. (Əbu Turxan)
 
                                - Dahilik fikrin müəyyən səmtdə davamlılığıdır. (İsaak Nyuton)
 
                                - Dahinin hər yaratdığında biz özümüzün gerçəkləşə bilməmiş fikirlərimizi görürük. (Emerson)
 
                                - Daim yüksəlmək olmaz; ən böyük məharət öz maksimal imkanına uyğun məqama çatanda dayana bilməkdir. (Əbu Turxan)
 
                                - Dəlilər iki cür olur: ağlın çatışmazlığından və ağlın artıqlığından. Ağlın artıq hissəsi transfer edilə biləndə – dahilik yaranır. (Tur Xander)
 
                                - Dərində üzməyi bacaranlar üçün dayazda üzmək darıxdırıcı olur. (Əbu Turxan)
 
                                - Dünyaya qatılanların həzzi və qəzəbi, dünyanın fövqünə qalxanların eşqi və kədəri olur. (Əbu Turxan)
 
                                - Əgər mən uzağı görə bilmişəmsə, ancaq ona görə ki, dahilərin çiynində dayanmışam. (İsaak Nyuton)
 
                                - Gələcək fövqəlinsanların xəyallarının gerçəkləşdirilməsi yolu ilə qurulur. (Əbu Turxan)
 
                                - Hansısa bir əsəri ilə zirvəni fəth edənlər sonra bütün əsərlərini zirvəyə daşımağa çalışırlar. (Əbu Turxan)
 
                                - Hər dəliliyin öz məntiqi olur. (Uilyam Şekspir)
 
                                - Hər insanın öz dəyəri var, amma dəyərsiz insanlar da var – bunlar dahilər və səfillərdir. (Krışka Frantişek)
 
                                - Hər şeyin sistemə salındığı və normativləşdirildiyi bir dövrdə dahilərə yer nəzərdə tutulmayıb. (Tur Xander)
 
                                - Həyatın dibindən ideya səmasına yüksəlmək üçün yetərli ruhani enerji olmalıdır. (Əbu Turxan)
 
                                - İldırım dağların başında çatlayır. (Horatsi)
 
                                - İstək ilə nəticə arasında keçilməz bir uçurum var ki, onu ancaq qüvvətli simalar keçə bilirlər. (Cəfər Cabbarlı)
 
                                - Mənəvi güc özünü yaradıcılıqda və xilaskarlıq missiyasında biruzə verir. (Əbu Turxan)
 
                                - Mənim üçün böyük insan öz beyni ilə ürəyi arasında rabitə yaradan insandır. (Napoleon Bonapart)
 
                                - Müdriklik həyat elminin mənimsənilməsidir. (Əbu Turxan)
 
                                - Müdriklik sağlam düşüncə çərçivəsində fəlsəfədir. (Əbu Turxan)
 
                                - Müəyyən qədər dəliliyi olmayan dahi dünyaya hələ gəlməmişdir. (Kiçik Seneka)
 
                                - Qaydaların fövqünə qalxmaq mümkün olmasaydı, dahilər və qəhrəmanlar yetişə bilməzdi. (Əbu Turxan)
 
                                - Qütblər zirvədə birləşir. (Əbu Turxan)
 
                                - Tarixdə iz qoymaq da hər adama müyəssər olmur, tarixə imza atmaq isə ancaq dahilərə nəsib olur. (Əbu Turxan)
 
                                - Tək-tək insanların şablonları aşıb keçməsi üçün təbiət özü də ara-sıra istisnalar etməlidir. (Tur Xander)
 
                                - Uca dağların yamacları da təpələrin zirvəsindən yüksəkdə durur. (Əbu Turxan)
 
                                - Yüksək təpələrdə həm ilana, həm də quşa rast gələ bilərsiniz; biri sürünərək, o biri isə uçaraq yüksəlmişdir. (Cənab Şəhabəddin)
 
                                - Zəmanə özündən müştəbeh olanda, dahilərə dözə bilmir. (Əbu Turxan)
 
                                - Zirvə zahirdə yox, batindədir. (Əbu Turxan)
 
                                - Zirvədən o yana ancaq eniş var. (Əbu Turxan)
 
                                - Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir. (Əbu Turxan)
 
                                - Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır. (Əbu Turxan)
 
                                - Ziyalısız kütlə kordur. (Əbu Turxan)