• Üzü şeyx, astarı kafir. (Türk atalar sözü)
  • Üzümüzün və gözlərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir. (Afrika atalar sözü)
  • Üzüm oğrusu, güzdə bəllənir.
  • Üzüm üzümə, baxa-baxa qaralar.
  • Üzüm, çöpsüz olmaz.
  • Üzümünü yedə, bağın sorma.
  • Üzüntü bir dəniz, batdın geddin. ümüd bir qayıq, mindin, keçdin.
  • Üstümdən ağır bir daş götürüldü.
  • Ümid olmasaydı, ürək partlardı.
  • Ürək daş deyil.
  • Ürəkdə kin olanda dalaşmaq asan olur.
  • Ürəkdə gizlənən üzdə görsənər.
  • Ürəkdə nisgil olanda, deməyə söz çox olar.
  • Ürəkdən ürəyə yollar görünür.
  • Ürəyi dolu olanın dili uzun olar.
  • Üstümü (üst-başımı) unlu görüb, adımı dəyirmançı çağırma.
  • Üz ürəyin aynasıdır.
  • Üzdə gülür, dalda hürür.
    (Üzdə gülür, ayaqdan çəkir.)
  • Üzdən bir şey deyil, amma bədəndən yaxşıdır.
  • Ümid üzülməsə, hər iş çözülər.
  • Ürəyə hökm etmək olmaz.
  • Üzə gülür, ayaqdan çəkir.
  • Üzdəki göz, içəri baxır.
  • Üzə baxma özə bax.
  • Üzü pırıldır, içi qırıldır.
  • Üz, ətəklə gizlənməz.
  • Ümid ilə keçinən, aclıqda ölər.
  • Ürək ağrısından kef olmaz.
  • Ürək sevənin ağıda olar, qarasıda.
  • Ürəyi əlində saxla.
  • Üstə bax düşün, alta bax öyün.
  • Üşüdüm üşüdüm, yerimə düşdüm (tərpəşdim yığışdım, yerimə düşdüm).
  • Üzü bəzək, içi təzək.
  • Üşüyən üşüyənə baxıb, qızışar.
  • Üzülmə yox olduğuna, sevin tapıldığına.
  • Üzük qaşı ilə tanınar.
  • Üz verəndə, astar istəməzlər.
    (Üz verdikcə astar da istəyir.)
  • Üzü qərənin üzü yox, paxıl adamın gözü yox.
  • Üç tümənlik eşşəyin on beş qranlıq qoduğu olar.
  • Üç eşşək bir axurdan arpa yeməz.
  • Üstümü unlu görüb, adımı dəyirmançı çağırma.
  • Üstü bəzək, altı təzək.
  • Ürəkdən ürəyə yol var.
  • Ürəyimin daşqınını ağız dəyər.
  • Ürəyimin dərdini təzələmə.
  • Ürəyim qana dönüb.
  • Ürək öz dostunu tanıyar.
  • Ürək ki var – şüşədir, sındırarsan kim yamar?
  • Ürək yanmasa gözdən yaş çıxmaz.
  • Ürək yanar, göz yaşarar.
  • Ürək dənizdən dərindir.
  • Ürək qulaq deyil ki, barmaqla qurdalayasan.
  • Ümidsiz yaşamazlar.
  • Ümid həyatın sərmayəsidir.
  • Ümid ilədir cahanda hər iş.
  • Üzü üstə gələni arxası üstə çevirməzlər.
  • Üzünü xalqa çevirənin arxası möhkəm olar.
  • Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır.
  • Üzümü əldə gör, çöpünü – yerdə.
  • Üzümə bax, halımı sor.
  • Üzüm üzümə baxar qaralar.
  • Üzüm qaradırsa, alnım açıqdır.
  • Üzüm ayağın altında!
  • Üzük-üzük oynayan gecələr yatmaz.
  • Üzük tanınar qaşı ilə, qız – qardaşı ilə.
  • Üzü şeyx, astarı kafər.
  • Üzü necədir, ürəyi də elədir.
  • Üzü ağ, qəlbi qara, mən belə dostu neylərəm?
  • Üzrü günahından artıq.
  • Üzdə gülür, dalda hürür.
  • Üz ürəyin güzgüsüdür.
  • Üz üzdən utanar.
  • Üz götürüb gedəni zəncir ilə saxlamaq olmaz.
  • Üz ki var – ətdəndir.
  • Üz döndü, göz döndü.
  • Üz göstərsən qohumluq iddiası eylər.
  • Üz vermə, astar da istər.
  • Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə.
  • Üz verən, astar da verər.
  • Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya.
  • Ürək götürməyəni, əl götürməz.
  • Üstü bəzək - altı təzək.
  • Üç daşınma, bir yanğına əvəzdir. (Yapon atalar sözləri)
Get it on Google Play Available on the App Store
Top